Rusiya Prezidenti ilə İsrail Baş nazirinin 5 saatlıq görüşü – İRANLA BAĞLI NƏ QƏRAR VERİLİB?

Rusiya Prezidenti Vladimir Putinlə İsrail Baş naziri Naftali Bennett arasında Soçidə keçirilən və 5 saat davam edən görüşün detalları bəlli olub.
 

İsrail nümayəndə heyətinin üzvü, tikinti naziri Zeyev Elkin görüşdə Suriyadakı qarşılıqlı fəaliyyətin davam etdirilməsi barədə razılığa gəlindiyini bildirib.
 
“Liderlər həmçinin əvvəlki əlaqələr modelinin davam etdirilməsi və yeni səviyyəyə qaldırılması barədə razılaşdılar”, - Elin deyib.
 
Tərəflər arasında “dekonflikt” mexanizmi 2015-ci ildən fəaliyyətdədir. Onun əsasını Rusiyanın “Hmeymim” bazası ilə İsrailin Tel-Əvivdəki “Kiriya” bazası arasında operativ əlaqə təşkil edir. Bu əlaqə hər iki tərəfi arzuolunmaz situasiyalardan qoruyur. Mexanizmin işləməsi zərurəti xüsusilə İsrail qırıcılarının Rusiyanın İl-20 kəşfiyyat təyyarəsinin ərazidə olan vaxt Suriyaya hücumu və Suriya HHQ-nin səhvən İl-20-ni vurmasından sonra bir daha aktuallaşıb.
 
Görüşdə iki işçi qrupun yaradılmasına qərar verilib. Birinci qrup hələ də tanınmayan “Sputnik V” vaksini ilə peyvəndlənmiş turistlərin İsrailə səfərinin mümkünlüyü ilə məşğul olacaq. İkinci qrup barədə açıqlama verilməyib.
 
Bennett isə “Tvitter” səhifəsində Putinlə uzun-uzadı, 5 saat davam edən müzakirəsini xüsusi vurğulayıb və “olduqca gözəl” keçdiyini yazıb. 
 
Maraqlıdır ki, liderlərin əsas müzakirə mövzusunun İranın nüvə fəaliyyəti ilə bağlı olduğu bildirilsə də bu barədə nə Elkin, nə də digərləri danışıb.

Axar.az qeyd edir ki, Baş nazir isə “islam fundamentalizmi ilə mübarizə” istiqamətində razılaşmalar olduğunu vurğulamaqla kifayətlənib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.