
İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun Ərzurum mitinqində daşa basılması hadisəsində əli olduğu müəyyən edilən Türkiyə Silahlı Qüvvələrinin çavuşu Akif Keleş nəzarətə götürülüb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, istintaq çərçivəsində Keleşin müqaviləsinə xitam verilib.
Xatırladaq ki, Türkiyənin Millət Alyansının sədr müavini və İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğluna dünən Ərzurumda keçirilən mitinqində daşlı hücum olub.