
Belarus Prezidenti Aleksandr Lukaşenkonun səhhətində ciddi problemlər var.
Bu barədə Rusiya mətbuatı yazıb. Hətta onun Moskvadakı bugünkü paradda bir əli sarıqlı formada əyləşdiyi bildirilir.
O da qeyd olunur ki, Lukaşenko Moskvadakı paradda digər liderlərin piyada gəzintisində iştirak etməyib, bir müddət sonra onu maşına əyləşdiriblər.
Bundan başqa, Belarus Prezidenti Kremldə dövlət başçılarının şərəfinə verilən ziyarətdə də iştirak etməyib. Parad bitəndən dərhal sonra Moskvanı tərk edib, onu təcili yardım maşını müşayiət edib.