Ərdoğanın reallığı Kılıçdaroğlunun “xəyalları”nı bitirdi: AZƏRBAYCANLININ QƏRARI HƏR ŞEYİ DƏYİŞƏ BİLƏR
TƏHLİL

14 mayda Türkiyədə keçirilən prezident və parlament seçkiləri yekunlaşdı. Hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” 49,4 faizdən çox, onun əsas rəqibi Kamal Kılıçdaroğlu və “Millət İttifaqı” isə 44,9 faizə yaxın səs topladı. 

Sürpriz nəticəni isə “ATA İttifaqı”nın namizədi Sinan Oğan göstərdi. Hər kəs 2 faiz civarında səs gözlədiyi halda, Sinan Oğan 5,2 faizdən yuxarı səs toplamağı bacardı. 

 

Beləliklə, namizədlərin heç biri 50+ səs faizi toplamadığından, 28 mayda ikinci tur olacaq.

 

Kılıçdaroğlunun “xəyalları”, Ərdoğanın reallığı 

 

Türkiyə cümhuriyyətinin 100-cü ilində keçirilən seçkilər cümhuriyyət tarixinin bəlkə də ən maraqlı və əzmkar seçkiləri oldu. Bunu namizədlərin göstərdiyi nəticələr də sübut edir. 

 

Xüsusilə qeyd etmək lazımdır ki, hazırkı Prezident Rəcəb Tayyib Ərdoğan və “Cümhur İttifaqı” 49,4 faizdən yuxarı səs toplasa da bu, əvvəlki illərə nəzərən aşağı nəticədir. Müqayisə üçün deyə bilərəm ki, 2014-cü ildə keçirilən seçkilərdə Ərdoğan 51,79 faiz, 2018-ci ildə isə 52,59 faiz səs toplamışdı. 

 

Buna baxmayaraq, Ərdoğanın 14 mayda əldə etdiyi nəticəni həm də məqbul saymaq olar. Məsələ ondadır ki, xarici təsirlər səbəbindən Türkiyə iqtisadiyyatının geriləməsi, TL-dollar balansının kəskin pozulması, miqrant böhranı, baş verən ardıcıl dəhşətli zəlzələlər və s. səbəblər Ərdoğanın nüfuzuna müəyyən qədər zərbə vurmuşdu. Bütün bu neqativ nüanslara baxmayaraq, Ərdoğanın 49,4 faizdən yuxarı səs toplaması təqdirəlayiqdir.

 

Ümumi mənada Ərdoğanın əsas rəqibi Kamal Kılıçdaroğlunun nəticəsi də pis deyil. Yəni Kılıçdaroğlu büsbütün fiaskoya uğradı demək doğru deyil. Onun 44,9 faiz səsi toplaya bilməsi CHP-nin siyasi müxalifət olmasına baxmayaraq, ölkənin qurucu partiyası kimi dövlət və cəmiyyətdə öz dominantlığını qoruduğunu göstərir. Bununla belə, Kılıçdaroğlunun macərasının yekunlaşdığını demək olar. Kılıçdaroğlunun ikinci turda qələbə qazanması real deyil. 

 

Nəticə Sinan Oğandan asılı olacaq

 

Qeyd etdiyim kimi, “ATA İttifaqı”nın namizədi Sinan Oğanın 2 faiz civarında səs toplaması gözlənildiyi halda 5,2 faizdən yuxarı səs toplamağı bacarması gözlənilməz oldu. 

 

Sinan Oğanın dili ilə desək, “Türkiyədə seçki nəticələrinə birbaşa təsir edəcək bir nöqtəyə gəldik. Bunu bizim üçün bir uğur olaraq görürəm”.

 

Seçkilərin ikinci turunda Sinan Oğanın verəcəyi qərar həlledici olacaq. İkinci turda Rəcəb Tayyib Ərdoğanın Sinan Oğanın dəstəyini ala biləcəyini düşünürəm. Çünki onun dəstəkçilərinin böyük bir qismi milliyətçidir və Ərdoğan Oğanla sövdələşməyə gedə bilər. 

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.