İran niyə Azərbaycanı yox, Ermənistanı dəstəkləyir? - "HİZBULLAH"IN KEÇMİŞ BAŞ KATİBİNDƏN SENSASİON AÇIQLAMA

İran XİN-də hətta orta rütbəli məmurlar da Livandakı yüksək vəzifəli şəxslərə əmr verə bilərlər. 
 
Senzor.az bildirir ki, bunu "Anadolu" agentliyinə məşhur livanlı şiə ilahiyyatçısı, "Hizbullah" hərəkatının ilk Baş katibi Şeyx Sübhi Tufeyli deyib.
 
Onun sözlərinə görə, müasir "Hizbullah" Tehranın Livandakı layihələrini həyata keçirən hərbiləşdirilmiş qurumdur.
 
Hazırda "Hizbullah"ın kursunu tənqid edən Tufeyli Tehranın bu Yaxın Şərq ölkəsindəki siyasətindən danışıb, İranın keçmiş xarici işlər naziri, sonradan İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri postunu tutmuş Əli Əkbər Vilayəti ilə söhbəti barədə xatirələrini bölüşüb.
 
"O vaxt (1990-cı illərin əvvəlləri) İranın xarici işlər naziri Vilayəti ilə söhbətim oldu və mən bu söhbətdə açıq şəkildə soruşdum: "Siz niyə müsəlmanlara (azərbaycanlılara) qarşı xristian erməniləri dəstəkləyirsiniz?". Buna cavab olaraq, iranlı nazir dedi:" “Ermənistan SSRİ-nin dağılması fonunda, Türkiyənin müstəqillik qazanmış Azərbaycana, Türkmənistana və digər türkdilli dövlətlərə gedən yolunda əngəldir. Biz Ankaranın yolunu kəsmək üçün İrəvanın güclənməsinə dəstək və töhfə verəcəyik”, - deyə ilahiyyatçı bildirib.
 
Tufeyli qeyd edib ki, 90-cı illərin əvvəllərində İran KİV-i də Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasına dəstək verib.
 
O, İranın Azərbaycan torpaqlarının işğalında Ermənistana hərbi və logistik dəstək verdiyini də istisna etməyib.
 
İlahiyyatçı qeyd edib ki, həmin dövrdə Azərbaycan müstəqilliyini yeni-yeni möhkəmləndirirdi və İsraillə əlaqəsi yox idi. “İranda Azərbaycanla gərginliyi sionist faktoru ilə əsaslandıranlar  həqiqətə qarşı çıxırlar. Tehranın siyasəti heç vaxt dürüst olmayıb. Tehranın atdığı addımların əksəriyyəti məhvə gətirib çıxarır ki, bu da son nəticədə İranın maraqlarına ziddir”, - deyə Tufeyli vurğulayıb.
 
Senzor.az





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.