Ərdoğanın xarici səfirliklərlə bağlı qəti mövqeyi bəhrəsini verdi –
ANKARAYA QARŞI TƏLƏB İRƏLİ SÜRƏNLƏR GERİ ADDIM ATDILAR

Xatırlayırsınızsa, bir həftə əvvəl Türkiyədəki 10 ölkənin səfirliyi bəyanat yayaraq, hazırda həbsdə olan iş adamı Osman Kavalanın sərbəst buraxılmasını tələb etmişdi. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan həmin bəyanata sərt reaksiya vermiş və XİN-ə bəyanata qoşulan səfirləri “persona non grata” elan etməyi tapşırmışdı. Lakin...
 
Ovqat.com-un məlumatına görə,  Ərdoğanın bu reaksiyasından sonra həmin səfirliklər geri addım ataraq Türkiyənin daxili işlərinə qarışmadıqlarını vurğulayan bəyanat veriblər.
 
İlk “üzrxahlıq” bəyanatı ABŞ səfirliyindən gəlib. ABŞ-ın Türkiyədəki səfirliyi Twitter səhifəsində paylaşdığı bəyanatında bildirib: “ABŞ 18 oktyabr bəyanatı ilə bağlı bəzi suallar yarandığı üçün Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 41-ci maddəsinə əməl etdiyini təsdiqləyir”.
 
Daha sonra Kanada, Finlandiya, Danimarka, Hollandiya, İsveç, Norveç və Yeni Zelandiyanın Ankarada fəaliyyət göstərən səfirliklərindən də bənzər bəyanatlar gəlib.
 
“Anadolu” agentliyi Türkiyə Prezident Administrasiyasındakı mənbələrə istinadən yazıb ki, Prezident Rəcəb Tayyib Ərdoğan səfirliklərin məlum mövqeyini müsbət qarşılayıb.
 
Senzor.az xatırladaq ki, Vyana Konvensiyasının 41-ci maddəsi diplomatın yaşadığı ölkənin qanun-qaydalarına hörmət etməsini və daxili işlərinə qarışmamasını tələb edir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.