
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başa çatıb.
Məlumata görə, İstanbulda Dolmabağçadakı iş ofisində keçirilən görüş 50 dəqiqə davam edib.
**18:24
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla “ATA İttifaqı”nın prezident seçkilərində namizədi olmuş Sinan Oğan arasında görüş başlayıb.
"TRT Haber"-in verdiyi xəbərə görə, görüş İstanbulda Dolmabağçadakı iş ofisində keçirilir.