![]()
“Millət İttifaqı”nın Prezident seçkilərində namizədi, CHP sədri Kamal Kılıçdaroğlu Azərbaycandan üzr istəməlidir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, buna səbəb K. Kılıçdaroğlunun Azərbaycanı “Həyatımın Lyihəsi” adlandırdığı nəqliyyat xəritəsinə daxil etməməsidir.
Xatırladaq ki, Kamal Kılıçdaroğlunun seçkiqabağı vəd etdiyi “Yeni İpək Yolu” xəritəsində Azərbaycan yer almayıb. Xəritədə 5,5 min kilometrlik quru yolu İran (Təbriz və Tehran), Türkmənistan (Aşqabad), Özbəkistan (Daşkənd) və Qazaxıstandan (Almatı) keçərək Çinə birləşir.