Sinan Oğan qərarını açıqladı - İKİNCİ TURDA ƏRDOĞANI DƏSTƏKLƏYƏCƏK
YENİLƏNİB

“Ata” siyasi blokundan prezidentliyə keçmiş namizəd Sinan Oğan prezident seçkilərinin ikinci turunda kimi dəstəkləyəcəyini açıqlayıb.


Senzor.az xəbər verir ki, o, “Cümhur İttifaqı”ndan prezidentliyə namizəd, hakim AK Parti (Ədalət və İnkişaf Partiyası)rəhbəri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcəyini bildirib.


Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.


Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.


“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.


Qeyd edək ki, prezident seçkilərinin ikinci turu mayın 28-də keçiriləcək.


**10:37

"Ata" siyasi blokundan Türkiyə prezidentliyinə keçmiş namizəd Sinan Oğan bu gün mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turunda Rəcəb Tayyib Ərdoğanı dəstəklədiyini bəyan edə və daha əvvəl respublikanın indiki rəhbəri ilə görüşdə müzakirə etdiyi beş bəndlik sənədi imzalaya bilər.

 

Bu barədə "Hürriyet" qəzeti mənbələrə istinadən yazır. 

 

Məqalədə deyilir: "Aldığımız məlumata görə, Sinan Oğan bu gün Prezident Ərdoğanı seçkilərin ikinci turunda dəstəkləyəcəyini açıqlayacaq. Terror təşkilatlarını dəstəklədiyi üçün Kılıçdaroğlunu dəstəkləməyəcəyini bəyan edəcək. Oğan bazar ertəsi yalnız açıqlama verməyəcək, Prezident Ərdoğanla müzakirə etdiyi məqamları da açıqlayacaq.

 

Bu məqamlar: Konstitusiyanın ilk dörd maddəsinin dəyişdirilməməsi. Türk kimliyinin Konstitusiyadan çıxarılması cəhdlərinin qarşısının alınması, hər cür terror təşkilatı və terrorizmlə mübarizə, sığınacaq axtaran şəxslərin plana uyğun olaraq mərhələli şəkildə deportasiyası, iqtisadi siyasətin beynəlxalq bazarlara uyğun inkişafı və faiz siyasətində daha çox çeviklik”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.