Türkiyədə beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahları VİDEO
 
Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendi sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb olub.

 
"Report" xəbər verir ki, 50-dən çox ölkə, 1000-dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycana məxsus yerli istehsal nümunələri olan müasir texnologiyalara aid müxtəlif növ silah-sursat nümayiş olunur.
 
Xarici nümayəndələr tərəfindən yüksək qiymətləndirilən Azərbaycan müdafiə sənayesi məhsulları, digər xarici şirkətlərin rəhbərlikləri tərəfindən əməkdaşlıq təkliflərinin əsas mövzusu olub.
 
Qeyd edək ki, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.
 
Xatırladaq ki, sərgi avqustun 17-20-də İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.



 










Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.