Türkiyədə İran kəşfiyyatına işləyən agentlər yaxalandı
ONLAR HƏM DƏ İSRAİL VƏ RUSİYA İLƏ ƏLAQƏDƏ OLUBLAR

Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) Türkiyədə İran kəşfiyyatına işləyən agentlərə qarşı yeni əməliyyat keçirib.

 

Türkiyə KİV-i xəbər verir ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti - “Mossad” tərəfindən Avropada təlim keçmiş Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib.

 

Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub.

 

Bildirilib ki, İstanbul Baş Prokurorluğunun il yarım qabaq başlatdığı istintaq çərçivəsində casusların ələ keçirilməsi istiqamətində MİT və Baş Prokurorluq arasında koordinasiyalı addımlar atılıb. Qruplaşma il yarım ərzində daim diqqətdə olub, addım-addım izlənib.

 

Qeyd olunub ki, S.Küçükkaya və “Mossad” üzvləri arasında müzakirələr adətən Avropanın müxtəlif ölkələrində baş tuturdu. S.Küçükkaya həmin danışıqlar zamanı müxtəlif testlərdən keçib. Beşinci görüşdə S.Küçükkayaya casusluq təklif olunub.

 

"Report" bildirir ki, daha 2 şübhəlinin ələ keçirilməsi istiqamətində işlər davam edir.

 

Agentlərin İranla yanaşı, həm də İsrail və Rusiya ilə əlaqədə olduqları vurğulanıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.