Moskva Kiyevə kapitulyasiya təklif edir: KREMLİN 6 ŞƏRTLİ YENİ HÜCUMLARIN ANONSUDUR
ŞƏRH - PROQNOZ

Rusiya Xarici İşlər Nazirliyi rəhbərinin müavini Mixaylo Qaluzin Rusiya KİV-ə müsahibəsində Ukraynaya qarşı hərbi təcavüzün dayandırılması üçün altı şərt açıqlayıb:

 

1) Ukrayna müqavimətdən əl çəkməlidir.

 

2) Ukrayna Qərb silahlarının tədarükündən imtina etməlidir.

 

3) Ukrayna NATO və Avropa Birliyinə üzv olmaqdan imtina etməlidir.

 

4) Ukrayna “yeni ərazi reallıqlarını” (Rusiyanın ərazisinin bir hissəsini işğal etməsini) tanımalıdır.

 

5) Ukrayna rus dilinə dövlət dili statusu verməlidir.

 

6) Ukrayna din azadlığına riayət etməlidir.

 

Kremlin irəli sürdüyü 6 “şərt” mahiyyət etibarilə kapitulyasiya aktıdır. Ukrayna heç bir halda bu şərtləri qəbul etməz.  

Rəsmi Moskva özü də yaxşı bilir ki, Kiyev bu şərtləri qəbul etməyəcək. Kreml əslində irəli sürdüyü 6 “şərt” ilə müharibə istəmədiyini, onu buna Ukraynanın məcbur etdiyi təəssüratını yaratmaq istəyir. Bu həm də daxili auditoriyaya hesablanmış addımdır. 

 

Təcrübə göstərir ki, Rusiya müharibə elan etmədən öncə həmin ölkəyə ağır şərtlər irəli sürür, qarşı tərəf bu şərtləri qəbul etmədiyi təqdirdə isə qeyd-şərtsiz hücum edir. 

 

Nəzərə alsaq ki, Rusiya Ukrayna ilə müharibə şəraitindədir, bunları əks-hücum əməliyyatları öncəsi son xəbərdarlıq da hesab etmək olar.

  

Müharibə başlamazdan öncə də rəsmi Moskva bənzər təklif irəli sürmüş, Ukrayna bununla razı olmadıqda müharibə başlamışdı. 

 

Qaluzinin 6 maddəlik şərtinin altıncı maddəsi isə xüsusilə diqqət çəkir: “Ukrayna din azadlığına riayət etməlidir”. 

Bu, hiyləgər bir addımdır. Kreml bu bəndlə faktiki olaraq Ukraynanın müsəlman Krım tatarlarının dini azadlığını məhdudlaşdırdığına eyham vurur. Bununla o həm də Krımın ilhaqını əsaslandırır. 

 

Rusiya uzun müddətdir Ukrayna müharibəsinə dini motiv qatmaq istəyir. Lakin həm rəsmi Moskvanın, həm də Kiyevin pravoslav xristian olması bunu mümkün qılmır. Rəsmi Moskva “Ukrayna din azadlığına riayət etməlidir” deyərək müharibəyə həm də dini motiv qatmaq istəyir. 

 

Bu yolla həm Krım, həm Kazan tatarlarının, həm də federasiya daxilində yaşayan digər müsəlman xalqların müharibəyə marağını artırmaq istəyir. Mümkündür ki, əks hücum əməliyyatı başlamadan və ya başlayarkən bəzi din xadimləri cihad çağırışı etsinlər. 

 

Ukrayna Rusiyanın irəli sürdüyü kapitulyasiyaya bərabər şərtlərini qəbul etməyəcək. Mümkündür ki, Kiyevin imtina cavabından sonra rəsmi Moskva genişmiqyaslı hücumlara başlasın.

 

Turan Rzayev, 

politoloq






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.