
“Real” Təhlil və İnformasiya Mərkəzinin rəhbəri, məşhur jurnalist Mir Şahin Ağayev Facebook-da Müstəqillik Günü münasibətilə bağlı maraqlı status paylaşıb.
Əslində bu status Möhtərəm Söz Ustadının hamıya ünvanlanmış tam fərqli təbrik-duasıdır.
Senzor.az məhz bunu nəzərə alaraq həmin qeydləri öz oxucularına da təqdim edir.
**
28 May-Müstəqillik Günündə milli masada cəmi bir mövzu olmalıdır: Müstəqilliyimizin Qorunması!
Müstəqilliyimizi hər an müdafiə etməklə məşğul olan Prezident İlham Əliyev başda olmaqla bütün xalqımızı təbrik edirəm.
“Biri var idi, biri yox idi” ilə başlayan tarix hekayələrini saxlayaq. İndi yalnız “Biri var!” O da Azərbaycandır!
Və nə vaxtsa “Biri yox idi”-deyə Azərbaycan haqqında keçmiş zamanda danışmasınlar deyə, əfsanə və xatirəli nağılları buraxaq. İndi Milli Tariximizin ən şərəfli günlərini yaşadığımıza görə şükran və qürurlu olaq. Bugünkü Güclü, Haqlı, Qalib, Müstəqil Azərbaycana görə Heydər Əliyevə və İlham Əliyevə təşəkkür etməyi bacaraq! Bunu etməyə alicənablığımız, lütfkarlığımız, mərdliyimiz, kişiliyimiz çatsın! Hər birimizdə.
Bu da məndən Müstəqillik Duası! Tarixdə-Bir dəfə qalxan, amma sonra 100 dəfə də enən o qədər bayraqlar olub ki… Elə 1920-ci ilin 28 aprelini xatırlayaq. Üç rəngli bayrağımızı endirmədikmi? “Bir daha enməz” yox e, 23 ay sonra endi! (Təki Xalq Enməsin! Təki Dövlət enməsin! Başlıcası budur!
28 May Müstəqillik Gününə Prezidentin gözü ilə bugünkü Laçından, bugünkü Kəlbəcərdən baxaq! Azadlıq tingləri kimi torpaqlarımıza əkilən Bayraqlarımıza baxaq!
Hər şey o qədər aydın görünür ki!!!