Ərdoğan Qarabağ səfərindən sonra İrana mesaj verdi – “İLHAM ƏLİYEV QƏTİYYƏTLİ MÖVQEDƏDİR VƏ HEÇ BİR GÜZƏŞTƏ GETMİR”
 
"Ümid edirik ki, İran sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq".

 
"HaberGlobal" xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycandan səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandırarkən deyib.
 
"Azərbaycan Prezidenti İlham Əliyev qətiyyətli mövqedədir və heç bir güzəştə getmir. O dedi: “Biz İsrailə heç bir güzəşt etmirik. Biz İsraillə hər cür mal mübadiləsi edə bilərik. Biz müxtəlif ölkələrlə necə davranırıqsa, İsraillə də bu cür əlaqələrimiz var və gələcəkdə də bunu davam etdirəcəyik”.
 
Bu məsələlərdə ölkələr bir-birinin qərar mexanizmlərinə təsir etməməlidir və edə bilməz. Ümid edirik ki, İran burada sağlam düşüncə ilə hərəkət edəcək. Əgər belə olarsa, İranla Azərbaycan arasında heç bir problem olmayacaq",
- deyə Türkiyə lideri vurğulayıb.

R.T.Ərdoğan həmçinin xatırladıb ki, qardaş Azərbaycanda sonuncu dəfə iyun ayında olmuşdu: “Qardaşım İlhamla Şuşadan sonra bu dəfə işğaldan azad edilən Füzuli və Zəngilanda görüşdüm.
 
Səfərimiz zamanı Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında apardığı yenidənqurma və abadlıq işlərini yaxından gördük. Biz rayonda iqtisadi potensialın canlandırılması, nəqliyyat xətlərinin dirçəldilməsi və yenilərinin çəkilməsi ilə bağlı fəaliyyətləri birlikdə araşdırdıq. Biz də azərbaycanlı qardaşlarımız kimi Azərbaycanın nailiyyətlərinə sevinirik. Bu layihələrin bir parçası olmaqdan qürur duyuruq”.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.