İsrail Prezidenti İsxak Hersoqun rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB
FOTO

Azərbaycan Respublikasına rəsmi səfərə gələn İsrail Dövlətinin Prezidenti İsxak Hersoqun mayın 30-da rəsmi qarşılanma mərasimi olub.


Senzor.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda İsrail Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva İsrail Dövlətinin Prezidenti İsxak Hersoqu və birinci xanım Mixal Hersoqu qarşılayıblar.


Fəxri qarovul dəstəsinin rəisi İsrail Prezidentinə raport verib.


Prezident İsxak Hersoq Azərbaycan əsgərlərini salamlayıb.


Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.


İsrail Dövlətinin və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib.

Azərbaycan nümayəndə heyətinin üzvləri İsrail Prezidenti İsxak Hersoqa və xanımı Mixal Hersoqa, İsrail nümayəndə heyəti isə Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təqdim olunub.


Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və İsrail Prezidenti İsxak Hersoqun qarşısından keçib.


Dövlət başçıları rəsmi foto çəkdiriblər.

**10:31

İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

 

Senzor.az bildirir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

 

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.

 


**09:18


İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana səfərə yola düşüb.

 

Senzor.az bildirir ki, İsrail Prezidenti bu barədə “Tvitter”dəki hesabında yazıb.

 

O, bunun mühüm dövlət səfəri olduğunu qeyd edib. İsxaq Hersoq səmimi dəvətə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

 

“Azərbaycan mühüm ölkədir və əminəm ki, mənim səfərim əməkdaşlığın dərinləşməsinə yol açacaq. Biz ümumi yeni imkanları və çağırışları da bölüşürük”, - İsrail Prezidenti qeyd edib.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.