İsraildən Səudiyyə Ərəbistanına müəmmalı uçuş - BU TƏYYARƏ BAKIDA DA ENİŞ EDİBMİŞ...
YENİLƏNİB

Daha əvvəl xəbər verdiyimiz kimi, İsrailə məxsus şəxsi təyyarə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyaddakı “Kral Xalid” hava limanına enib. Bu, Səudiyyə Ərəbistanı tərəfindən tarixdə ilk dəfə İsrail təyyarəsinin qəbul etməsidir.
 
Virtualaz.org bildirir ki, İsrail və Səudiyyə Ərəbistanı arasında heç bir kommersiya uçuşunun olmadığı və   diplomatik əlaqələrin olmaması səbəbindən İsrail təyyarəsinin enişi iki ölkə arasındakı münasibətlərdə mühüm mərhələdir.
 
Eyni zamanda, İsrailin “Maariv” qəzeti Səudiyyə Ərəbistanına uçuşu son dərəcədə sirli adlandırır. Bombardierin şəxsi idarəedici təyyarəsi Səudiyyə Ərəbistanına uçmazdan əvvəl İordaniyanın paytaxtı Ammanda dayanıb.
 
İsrailli jurnalistlər bu şəxsi təyyarənin uçuş tarixini izləməyə çalışıblar, bu da daha çox suallar doğurub.

 Məlum olub ki, həmin təyyarə bir neçə gün əvvəl Türkiyə, Almaniya və İtaliyaya da uçuş həyata keçirib. Avqust ayında bu təyyarəni Konqoda görüblər, iyulun 26-da isə təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına enib və orada cəmi bir saat qalıb. Bakıdan təyyarə yenidən İsrailə uçub.
 
**14:52

İsrailə məxsus özəl təyyarə ilk dəfə Səudiyyə Ərəbistanına uçuş edib.
 
Trend-in məlumatına görə, ötən gün Tel-Əvivdən uçan təyyarə Ər-Riyad hava limanında enib.
 
Bir gün əvvəl isə Birləşmiş Ərəb Əmirliklərinin "Royal Jet" çarter aviaşirkətinin təyyarəsi Ər-Riyaddan Təl-Əvivə uçuş həyata keçirmişdi.
 
Bu reys də Ər-Riyad-Tel-Əviv istiqamətində həyata keçirilmiş ilk ictimai uçuş olub.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.