Ermənistan parlamenti Qarabağla bağlı bəyanatı qəbul etməyib.Senzor.az bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.
Xatırladaq ki, bəyanat müxalif “Ermənistan” və “Şərəfim var" fraksiyaları tərəfindən hazırlanıb.
“Vətəndaş müqaviləsi” fraksiyasının rəhbəri Ayk Koncoryan bildirib ki, bəyanat təkcə xarici yox, həm də daxili siyasətə aid olub və müxalifətin hakimiyyətin hərəkətlərinə baxışını əks etdirir. Koncoryanın dediyinə görə, bəyanatın mətni parlament çoxluğu ilə müzakirə də edilməyib: “Ona görə də biz səsvermədə iştirak etmədik”.
Onu da xatırladaq ki, sənəddə Azərbaycan və Türkiyəyə yönəlmiş yalan xarakterli ifadələr yer alıb.