Rövşən Əkbərova 10 il həbs cəzası verildi - YENİLƏNİB
Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
 
Senzor.az bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra hökm elan olunub.
 
Hökmə əsasən, Rövşən Əkbərov 10 il müddətinə azadlıqdan məhrum edilib.
 
Zərərçəkmiş tərəfin mülki iddiası qismən təmin olunub. R. Əkbərovdan 40 min manat məbləğində vəsait zərərçəkmişin hüquqi varisi Fəday Əliyevə verilməsi barədə qərar qəbul olunub.
 
Məhkəmə təqsirləndirilən şəxsin hərbi rütbəsi və fəxri adlarının alınmasını zəruri hesab etməyib.
 
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
 
**16:51

Qəsdən adam öldürməkdə təqsirləndirilən sabiq birlik komandiri, general-leytenant Rövşən Əkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.
 
Senzor.az bildirir ki, Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı edib. 
 
Vəkil Rüstəm Zülfüqarov çıxışında müdafiə etdiyi Rövşən Əkbərovun cinayət işi ilə əlaqəsi olmadığını bildirərək ona məhkəmədən bəraət istəyib.
 
Daha sonra məhkəmədə təqsirləndirilən şəxs son söz deyib. Rövşən Əkbərov hadisə baş verən gün sözügedən kafedə olmadığını bildirərək məhkəmədən bəraət istəyib.
 
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
 
Qeyd edək ki, prokuror Rövşən Əkbərovun Cinayət Məcəlləsinin 12.1, 120.2.2 maddələri ilə təqsirli bilinərək 11 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
 
Xatırladaq ki, Rövşən Əkbərov barəsində olan cinayət işi üzrə istintaq Baş Prokurorluq tərəfindən aparılıb.
 
Aparılmış istintaqla Rövşən Əkbərovun 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhəri, Deqtyaryov küçəsi 7 ünvanında yerləşən “Sikora” kafesində yeyib-içdikdən sonra, saat 4 radələrində həmin kafenin yaxınlığında Elçin Əliyev ilə aralarında yaranmış cüzi münaqişə səbəbindən xuliqanlıq niyyəti ilə sonuncunun ürək nahiyəsinə kəsici-deşici predmetlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
 
Rövşən Əkbərova Cinayət Məcəlləsinin 12.1, 120.2.2 (qəsdən adam öldürmə) və 12.1, 221.3-cü (xuliqanlıq) maddələri ilə ittiham elan edilərək, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.