İran Prezidenti yanacaqdoldurma məntəqələrinə baş çəkdi - SİSTEMƏ KİBERHÜCUMLARDAN SONRA
Benzin paylama sisteminə edilən kiberhücumlar nə ilk, nə də sonuncudur.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Prezidenti İbrahim Rəisi deyib.
 
Rəisi bildirib ki, Neft Nazirliyi və bütün digər qurumlar hücumların qarşısının alınması üçün lazımi addımları atmalıdır. Düşmən ölkədə fitnə-fəsad törətməyə, xalqın narazılığını artırmağa çalışır.
 
Qeyd edək ki, ötən gün İranın “ağıllı” yanacaqdoldurma məntəqələrinə (YDM) edilən haker hücumundan sonra aparatların dayanması sürücülər üçün böyük problem yaratmış, uzun növbələr meydana gəlmişdi. Eyni zamanda, güzəştli şərtlərlə benzin almaq hüququ olan vətəndaşlar da bu güzəştdən istifadə edə bilmirdilər.
 Prezident İbrahim Rəisi bu gün məsələ ilə bağlı nazirlərin iştirakı ilə toplantı keçirərək yaranmış problemin tezliklə həll edilməsi barədə tapşırıqlar verib. Prezident orada da bildirib ki, İranda sabitliyi pozmaq istəyən xarici qüvvələr haker hücumu təşkil edərək YDM-lərin elektron sistemini sıradan çıxarıblar. Toplantıdan sonra İbrahim Rəisi bir neçə YDM-də olub və problemlə yerində maraqlanıb.
 
İranın Neft Məhsullarının Emalı və Paylaşması şirkətinin icraçı direktoru Cəlil Salari mətbuata açıqlamasında deyib ki, yaranan problem tədricən aradan qaldırılır.
 
O bildirib ki, ölkə üzrə hələlik 220 YDM-in fəaliyyətini bərpa etmək mümkün olub. Kredit kartı ilə işləyən aparatlara baxış keçirilir və problemin aradan qaldırılması üçün mütəxəssislər tərəfindən iş aparılır. Yalnız Tehran şəhərində 35 ekspert qrupu hazırlanıb və YDM-lərə göndərilib. Hələlik Tehranda 18 YDM-in işi bərpa olunub. İran üzrə ümumilikdə 300 ekspert qrupu yaradılıb və YDM-in bərpası ilə məşğuldurlar.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.