Moskvaya dronlarla hücum; Ukrayna müharibəni Rusiya ərazisinə keçirib? - AMERİKALI EKSPERT AZƏRBAYCANLI JURNALİSTƏ SENSASİON AÇIQLAMALAR VERDİ...
VİDEO

Bir neçə ay idi ki, bütün dünya Ukrayna ordusunun əks-hücumunu gözləyirdi. Amma heç kimin ağlına da gəlməzdi ki, Ukrayna ordusunun əks-hücum əməliyyatı Rusiya və Ukrayna qoşunlarının təmas xəttində deyil, Rusiyanın dərin arxa cəbhəsində başlayacaq. Moskvaya pilotsuz təyyarələrin hücumları, Belqorod, Kursk, Krasnodar və digər Rusiya şəhərlərinə zərbələr, eləcə də özünün, ölkəni Moskvadan Vladivostoka qədər azad etmək üçün yaradıldığını elan etmiş Rusiya könüllü ordusunun müdaxiləsi Ukrayna Baş Qərargahının genişmiqyaslı xüsusi əməliyyatının başlanmasına, necə deyərlər,  uvertüra oldu.

 

Azərbaycanın tanınmış jurnalisti, rusdilli populyar Haqqin.az portalının rəhbəri  Eynulla Fətullayevin müəllifi və aparıcısı olduğu "Eynulla Fətullayevin söhbətləri" proqramının budəfəki qonağı məşhur  amerikalı politoloq Ceyson Smart əmindir ki, Ukraynanın əks-hücumu başlayıb.

 

Dosye: Ceyson Cey Smart 1979-cu ildə Konnektikutda (ABŞ) anadan olub. George Mason Universitetini bitirib, Rusiyanın siyasi sistemi ixtisası üzrə mütəxəssisdir.  2011-ci ildə isə Virciniya Universitetində ictimai təhlükəsizlik ixtisası üzrə təhsil alıb. Rusiyada Kennan İrəli Araşdırmalar İnstitutunda işləyib.

 

2008-ci ildə o, əfsanəvi ABŞ senatoru, prezidentliyə namizəd Con Makkeynin seçki qərargahına rəhbərlik edib. Eyni zamanda Şərqi Avropa və MDB ölkələrində tədqiqatlarını davam etdirib.

 

2009-2010-cu illərdə Vaşinqtonda Beynəlxalq Respublikaçılar İnstitutunda Rusiya Tədqiqatları Layihəsinin rəhbəri olub. Sonralar Qırğızıstanda institutun kuratoru işləyib. Rusiya kəşfiyyat orqanları Ceyson Smartı Bişkekdə “narıncı inqilab” hazırlamaqda ittiham edib. O, Moldovanın hazırkı Prezidenti Maya Sandunun məsləhətçisi olub.

 

2015-ci ildə Ukrayna Təhlükəsizlik Xidməti rəhbərinin məsləhətçisi işləyib. 


“Ukraynanın azadlığı uğrunda” qeyri-hökumət təşkilatına rəhbərlik edir.


Rusiya Federasiyasında "persona non-qrata" elan edilib...

 

Senzor.az Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu və Rusiyanın qlobal məğlubiyyəti, eləcə də digər aktual məsələlər barədə iki məşhur və məlumatlı peşəkarın maraqlı video-söhbətini  öz oxucularına təqdim edir. 

 

Mütləq baxın...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.