
Əgər İran qarşısına məqsəd qoysa, Qərb Tehranın nüvə silahına sahib olmasına mane ola bilməz.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İranın Ali Lideri Əli Xamenei ölkənin atom sənayesinin nümayəndələri ilə görüşündə bildirib.
Əli Xamenei deyib ki, 20 il ərzində düşmənlər (Qərb dövlətləri) İranın atom sənayesinin inkişafına maneələr yaradıblar və bunu nüvə silahı bəhanəsi altında ediblər: “Onlar bilirlər ki, biz nüvə silahına can atmırıq. Əgər bu belə olmasaydı, onlar bizi dayandıra bilməzdilər”.
Yeri gəlmişkən, Ali Lider bazar günü səhər saatlarında Hüseyniyədəki İmam Xomeyni adına İran Nüvə Sənayesinin Nailiyyətləri Sərgisini ziyarət edib.
Ali rəhbəri səgidə İranın Atom Enerjisi Təşkilatının (AEOI) rəhbəri Məhəmməd Eslami və digər vəzifəli şəxslər müşayiət ediblər.