Dünyanın həsəd apardığı qardaşlıq - BAKI İLƏ ANKARANIN ARTAN GÜCÜ HƏDƏFİ YAXINLAŞDIRIR
ŞƏRH

Türkiyə-Azərbaycan dostluğu dünya üçün nümunədir. Bu gün iki dövlət arasındakı münasibətlər bənzərsizdir. Amma hər şey bununla yekunlaşmır. Çünkü iki ölkənin dövlət başçıları arasındakı qardaşlıq bu gün xalqları arasında da çox yüksək səviyyədə inkişaf edir.

 

Bakı ilə Ankara birgə hər ötən gün qarşıya qoyulan hədəflərə çox sürətlə yaxınlaşmaqda, onları əldə etməkdədir. Şübhəsiz ki, bunun sirri güclü olmaq, bütün istiqamətlərdə bir-birinə dəstək nümayiş etdirmək və qardaşını yıxılmağa qoymamaqdan keçir.

 

Bugünkü yüksək əlaqələrə görə, millətə olan sevgiyə görə ən böyük pay istisnasız, onun liderlərinin üzərinə düşür. Bakı ilə Ankaranın təmənnasız dostluğu, qardaşlığı bir çox yad ünsürlərin planlarını puç edib, edir və edəcək.

 

Türkün gücündən qorxan, onun inkişafından, qlobal güc mərkəzinə çevrilməyindən narahatlıq hissi keçirən yad ünsürlər, kənar qüvvələr, türk düşmənləri özlərinə gördükləri bu böyük təhdidi yenmək üçün onu parçalamağı tarix boyu ən sadə yol hesab ediblər. Bu səbəbdən son prezident seçkilərində də Türkiyə xalqının səbrini Kılıçdaroğlu "layihəsi" ilə yoxlamaq qərarına gəldilər.

 

Məhz Kılıçdaroğlu vasitəsi ilə birləşməkdə olan Türk Dünyasını parçalamaq, bu dünyanın ən böyük aktorları olan Türkiyə və Azərbaycanın siyasi münasibətlərini zədələmək niyyətində olan xarici qüvvələrin planları ürəklərində qaldı. Türkiyə xalqının son qərarı Türk Dünyası və özləri üçün elə ən doğru qərar oldu. Çünkü Kılıçdaroğlunun ilk işinin Azərbaycan-Türkiyə qardaşlığına xələl gətirmək sifarişi üzərində ciddi çalışdığı elə seçki öncəsi Böyük İpək yolu "layihəsindən" bəlli idi. Amma hər şey Türk Dünyası üçün yaxşı qurtardı.

 

Azərbaycan-Türkiyə birliyinin bir-birinin gücünə-güc qatacağını, bunun çox önəmli detal olduğunu dövlət başçıları çox yaxşı anlayırlar. Elə bu səbəbdən də istər Prezident İlham Əliyev, istərsə də Rəcəb Tayyib Ərdoğan iştirak etdikləri platformalarda həm Azərbaycanı, həm də Türkiyəni təmsil etdiklərini səmimi, içdən qəbul edirlər və heç bir kənar qüvvələrə şərait yaratmırlar ki, o boşluqdan "vursunlar".

 

Hələ 2014-cü ildə Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə - erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı, Azərbaycana rəsmi səfəri çərçivəsində Milli Məclisdə söylədiyi nitqində “...Bu gün də Azərbaycanın yanındayıq və bütün dünya bilsin ki, daim Azərbaycanın yanında olacağıq. Necə ki, Çanaqqalada azərbaycanlı gənclər Anadolu gəncləri ilə birlikdə şəhadətə yürüyüb qələbə qazanmışdılarsa, necə ki, Nuru Paşanın aslanları 1918-ci ildə Azərbaycanın köməyinə gəlmişdilərsə, biz də bu gün və gələcəkdə bərabər olacağıq...” deməklə konkret mövqe ortaya qoyması Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir.

 

Lakin Azərbaycanla Türkiyə arasında münasibətlərin daha iri həcmdə yeni mərhələsi 44 günlük Vətən müharibəsindən sonrakı dövrü əhatə edir. Doğrudur, Azərbaycan-Türkiyə müttəfiqliyini, birliyini və qardaşlığını, bir-birinə verdiyi güclü dəstəyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, TANAP və TAP kimi böyük iqtisadi layihələrin reallaşması, Vətən müharibəsi zamanı müxtəlif aspektlərdən gördük. Lakin iki xalqın, dövlətin bir-birinə bu qədər bağlı olmasının əsas sirri tarixi, milli kökü, irsidir.

 

Bu məsələdən yola çıxanda aydın görmək olar ki, hər iki ölkə bir-birinin güclənməsini çox arzulayır. Çünkü Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da o qədər güclü olacaq. Eləcə də Azərbaycan...

 

Xalqlarımız arasındakı doğmalıq, dostluq, qardaşlıq duyğuları bu əlaqələri daha da möhkəmləndirir. Amma 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında imzalanmış Şuşa Bəyannaməsi müstəqillik, suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafelərini müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən hər iki ölkə tərəfindən müttəfiqlik münasibətlərinin qurulmasının siyasi və hüquqi mexanizmlərini müəyyənləşdirmək baxımından olduqca mühüm əhəmiyyət kəsb etdi, yeni bir səhifə açdı.

 

Türkiyə ilə Azərbaycan arasındakı mövcud  əlaqələrin təkcə iki ölkəyə deyil, eyni zamanda, regional sülh və təhlükəsizliyə töhfə verəcəyi mühüm tarixi sənəd olan Şuşa Bəyannaməsinin hər bir bəndində özünü aydın əks etdirir. Bu da qlobal və regional sülhü, rifahı, inkişafı, eləcə də iki qardaş ölkənin uğurlarını şərtləndirəcək tarixi bir sənəd kimi yeni mərhələnin başlandığını elan edən bir Bəyannamə kimi tarixdə öz yerini aldı.

 

İstisna edilmir ki, bundan sonra da iki dövlət, xalq arasında əlaqələr daha da güclənəcək, sarsılmaz olacaq. Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik. Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyidir. Bu detallar gələcəyə daha ümidlə baxmağa zəmin yaradır və böyük qələbələrin hələ qabaqda olduğuna ümidləndirir.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.