Tbilisidə çevriliş həyəcanı – SAAKAŞVİLİ ÜÇÜN HELİKOPTER HAZIRLANDI
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti (DTX) dövlət çevrilişinə cəhdlə bağlı işi araşdırır.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə DTX-nın mətbuat katibi məlumat yayıb.
 
Bildirilib ki, ölkənin sabiq prezident Mixail Saakaşvilinin tərəfdarları dövlət əleyhinə hərəkətlər həyata keçirmək niyyətində olublar.
 
Qeyd olunur ki, Saakaşvili xəstəxanaya və ya digər həbsxanaya köçürüləcəyi təqdirdə onun tərəfdarları yolları bağlamaq, xaos yaratmaq barədə düşünürlər.

DTX bu planların müzakirəsini sübut edən səsyazısı təqdim edib. Səsyazısının məhkəmənin qərarı ilə qeydə alındığı bildirilir.
 
Faktla bağlı dövlət çevrilişi, hakmiyyətin ələ keçirilməsinə yönələn hərəkətlər maddəsi üzrə istintaq aparılır.
 Bu arada Gürcüstanın Ədliyyə Nazirliyi də məlumat yayıb və bildirib ki, qurum istənilən ssenariyə hazırdır, əgər zərrurət yaranarsa, eks-prezident Mixail Saakaşvilini klinikaya yerləşdirmək üçün helikopterdən istifadə ediləcək.
 
Ancaq Nazirliyinin mətbuat katibi deyib ki, hələlik Saakaşvilinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur: “Hazırda Saakaşvilinin həyat parametrləri normadadır və müalicəsinə davam edir”.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.