İlham Əliyev: Ərdoğanın yenidən seçilməsi yeni üfüqlər açır - BİR DAHA TÜRKİYƏ PREZİDENTİNİN AZƏRBAYCANA SƏFƏRİ HAQDA
MEHMAN ƏLİYEVİN YAZISI

Türkiyənin yenidən seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri Türkiyənin “Bir millət, iki dövlət” şüarının bir hissəsi olan ölkə ilə bağlı siyasətinin ardıcıllığını nümayiş etdirib.

 

Bəzən Türkiyənin nəzarəti altında olan, amma Azərbaycan da daxil olmaqla, heç bir dövlət tərəfindən tanınmayan Şimali Kipri nəzərdə tutaraq, belə deyirlər: “Bir millət, üç dövlət”. Siyasi iddialılığı və simvolizmlərə sevgisi ilə məşhur olan Ərdoğan Aralıq Dənizindən Xəzər Dənizinə qədər üçlüyün birliyi siyasətinə sadiq qalıb. O, nümayişkaranə şəkildə eyni gündə Kiprə və Azərbaycana səfər edib, bu da, onun Bakıda dediyi kimi, “bizi sevindirir”.

 

Türkiyə dövlət başçısının seçildikdən sonra Kiprə və Azərbaycana səfər etməsi, bununla da xarici kursun dəyişməz olduğunu vurğulaması ənənəyə çevrilib.

 

Kiprdə Ərdoğan bildirib ki, Kiprin yarım əsrə yaxın davam edən etnik bölünməsini həll edən hər hansı saziş şimalda ada dövlətinin üçdə birində Kipr türklərinin ayrılmış dövlətinin tanınmasına əsaslanmalıdır.

 

“Heç kim daha 50 il vaxtı boş yerə keçirməməlidir. Danışıqlar masası arxasına qayıtmaq istəyiriksə, bunu etməyin yeganə yolu Şimali Kipr Türkiyə Respublikasını tanımaqdır”, - deyə Ərdoğan Kipr türklərinin lideri Ersin Tatarla birgə mətbuat konfransında bildirib.

 

O, Bakıda Qarabağ məsələsinə toxunduğu zaman da eyni dərəcədə prinsipial olub. “Onlar Azərbaycanın ərazi bütövlüyünün bərpası üçün heç nə etməyiblər”, - deyə o, ATƏT-in Minsk Qrupunu nəzərdə tutaraq bildirib. O, çoxmənalı şəkildə qeyd edib ki, “bunu İlham Əliyev və Azərbaycan xalqı edib”.

 

Yekun mətbuat konfransında 20 illik Ərdoğan-Əliyev tandemi iki dövlət arasındakı ittifaqın strateji inkişafına xüsusi diqqət yetirib, Türkiyə-Azərbaycan münasibətlərini rəsmi müttəfiqlik səviyyəsinə yüksəldən Şuşa Bəyannaməsini vurğulayıblar. Bəyannamə 24 iyun 2021-ci il tarixində Ərdoğan və Əliyev tərəfindən erməni işğalından azad edilmiş Şuşa şəhərində imzalanıb və Ermənistanın Qarabağla bağlı iddialarına son qoymaq məqsədinə xidmət edirdi.

 

Əliyev və Ərdoğanın mətbuat üçün 22 dəqiqə davam edən yekun bəyanatından belə çıxır ki, tərəflər daha əvvəl qarşıya qoyulmuş məqsəd və vəzifələri inkişaf etdirmək niyyətindədirlər. Əliyevin sözləri ilə desək: “Seçkilərdə qələbə (Ərdoğanın) yeni üfüqlər açır”.

 

Əsas diqqət Bakı və Ankaranın addımlarının sıx əlaqələndirilməsinə əsaslanan xarici siyasətə yetirilir. Keçmişdə bu əlaqələndirmə yaxşı bəhrələrini verib və Qarabağ məsələsinin həllində, Azərbaycan-Türkiyə enerji və nəqliyyat kommunikasiyalarının inkişafında uğurlu olub.

 

Əliyev gələcək əməkdaşlığın əsas prioritetləri kimi müdafiəni, ərazi bütövlüyünün və suverenliyin möhkəmləndirilməsini, energetikanın, logistikanın inkişafını, xüsusən qaz tədarükünün və yüklərin nəqlinin artırılmasını, təxminən 6 milyard dollara çatan ticarət mübadiləsinin artırılmasını, təhsil sahəsində əməkdaşlığın genişləndirilməsini qeyd edib.

 

Hər iki lider Ermənistanın indiyədək açılışına mane olduğu Zəngəzur dəhlizinə diqqət çəkiblər. “Zəngəzur dəhlizi məsələsinin həlli üzərində iş gedir, onun açılışı mütləqdir”, - deyə Əliyev bildirib. Ərdoğan həmkarını fəlsəfi şəkildə dəstəkləyib: “Yol olmadan mədəniyyət inkişaf etməz”. O, bunu, onun sözlərinə görə, Türkiyənin Iğdır şəhərini Naxçıvan və Azərbaycanın qalan hissəsi ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında deyib.

 

Amma Ərdoğanı Bakıda Azərbaycan-Türkiyə Unuversitetinin operativ qaydada açılması daha çox maraqlandırır. O, Türkiyənin azərbaycanlıların şüuruna təsirində  8 il əvvəl Bakıda müəllim heyəti Ərdoğanın qatı əleyhdarı ilahiyyatçı Fətullah Gülənlə əlaqələndirilən “Qafqaz” universitetinin bağlanmasından sonra yaranan boşluğu doldurmağı hədəfləyərək Əliyevin toxunduğu bu məsələni xüsusi olaraq vurğulayıb. Çox sayda azərbaycanlı Türkiyədə ali təhsil alsa da, Ankarada “Bir millət, iki dövlət” şüarının həyata keçirilməsi üçün bunun kifayət etmədiyini düşünürlər. Eyni zamanda, Ərdoğan azərbaycanlıların türk faktoruna vurğu etməyib, onlara münasibətdə "Azəri" terminindən istifadə edib, Türkiyə vətəndaşlarına münasibətdə isə "türk" ifadəsini işlədib. Beləliklə, qeyd etmək olar ki, Ərdoğanın millət məsələsinə vətəndaşlıq prizmasından yanaşması Anadolunun hüdudlarından kənarda Türkiyənin təsirinin təsdiqi üçün daha geniş imkanlar açır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.