Ermənistanın təxribatı nəticəsində yaralanan hərbçinin son durumu açıqlanıb
YENİLƏNİB

Bu gün səhər saatlarında Ermənistanın təxribatı nəticəsində yaralanan Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu, gizir Elşən Rüstəmovun son durumu açıqlanıb.


Senzor.az-ın xəbərinə görə, Elşən Rüstəmov hərbi hospitala yerləşdirilib və vəziyyəti hazırda stabildir.


Qeyd edək ki, Ermənistan silahlı qüvvələri iyunun 15-i saat 8 radələrində Azərbaycanın Laçın rayonundakı sərhəd-buraxılış məntəqəsinə müxtəlif çaplı odlu silahlardan atəş açıb. Nəticədə məntəqədə xidmət göstərən DSX-nin hərbi qulluqçusu, gizir Elşən Rüstəmov güllə yarası xəsarətləri alıb.


Faktla bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.3, 29,120.2.4 və 29,120.2.11, 29,120.2.12-ci (bir qrup şəxs tərəfindən xidməti vəzifəsini yerinə yetirən şəxsi ümumi təhlükəli üsulla, terrorçuluqla əlaqədar və milli düşmənçilik niyyəti ilə öldürməyə cəhd), 214.2.1. 214.2.3 və 214.2.4-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə ağır nəticələrə səbəb olan terrorçuluq) maddələrilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

**10:27

15 iyun 2023-cü il tarixdə saat 08:45-də Ermənistan Respublikası ərazisindən açılmış atəş nəticəsində Laçın dövlət sərhədindən buraxılış məntəqəsində xidmət aparan Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusu yaralanıb.

 

Senzor.az bildirir ki, Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzinin yaydığı məlumatda belə deyilir.

 

Bildirilir ki, cavab atəşi ilə düşmənin atəş nöqtəsi susdurulub, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

"Yaralanmış hərbi qulluqçumuza ilkin tibbi yardım göstərilib, həyati təhlükəsi yoxdur. Bu təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda vurğulanıb.

 

**09:36


Bu gün səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən “Laçın” sərhəd-buraxılış məntəqəsi avtomat silahlardan atəşə tutulub.

 

Senzor.az bildidir ki, məlumatı “Caliber.az” yayıb.

 

Qeyd olunur ki, atəş sərhəd-buraxılış məntəqəsi ilə üzbəüz mövqelərdən, Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

 

Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb.

 

Onun vəziyyəti stabil qiymətləndirilir.

 

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçilər postlarını tərk ediblər.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.