Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma olub - FHN MƏLUMAT YAYDI
YENİLƏNİB, VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN)  “112” qaynar telefon xəttinə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi ərazisində neft kəmərində sızma baş verməsi barədə məlumat daxil olub. 

 

Senzor.az FHN-ə istinadən bildirir ki, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyin mütəxəssisləri əraziyə cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb. 

 

Hadisənin ilkin qiymətləndirilməsi zamanı Bakı-Sumqayıt yolunun 27-ci kilometrliyində neft kəmərində sızma baş verdiyi müəyyən olunub. 

 

Hazırda neft sızması ilə əlaqədar təhlükəsizlik tədbirləri çərçivəsində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri ərazidə növbə çəkir.

 


**23:21(18.06.2023)


Sumqayıtda neft kəmərində texniki qəza olub.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə axşam saatlarında şəhərin Yaşıldərə yaşayış massivində qeydə alınıb.

 

Qəza nəticəsində yaxınlıqdakı evlərin həyətinə neft dolub. Hadisə yerinə polis, FHN və digər aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

 

Qəzanın qarşısının alınması istiqamətində tədbirlər görülür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.