Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilər: II TUR BAŞA ÇATDI
İLKİN NƏTİCƏLƏR NƏ GÖSTƏRİR?
Gürcüstanda yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərin ikinci turu başa çatıb.
 
Senzor.az xatırladır ki, ikinci tur paytaxt Tbilisi də daxil olmaqla 5 şəhərdə, 15 bələdiyyəni əhatə edən 24 seçki dairəsində təşkil olunub.
 
Gürcüstan Mərkəzi Seçki Komissiyasından (MSK) bildirilir ki, səsvermə 24 dairə seçki komissiyası üzrə 1830 seçki məntəqəsi, o cümlədən 29 xüsusi seçki məntəqəsində təşkil olunub.
 
Saat 20:00-da səsvermə başa çatıb və bütün məntəqələr bağlanıb. Artıq bütün dairə və məntəqələr üzrə səslərin hesablanmasına başlanılıb.
 
Səsvermə baş tutmuş hesab olunur.
 
Qeyd edək ki, Gürcüstan ictimaiyyətinin əsas diqqəti Tbilisinin mer seçkilərinə yönəlib. Şəhər meri kürsüsü uğrunda həlledici mübarizə hakim “Gürcü Arzusu” Partiyasının namizədi Kaxa Kaladze və Vahid Milli Hərəkat Partiyasından Nika Meliya arasında gedir.
 
Səsvermənin oktyabrın 2-də keçirilmiş birinci turunda K.Kaladze 45 faiz, N.Meliya isə 34 faiz səs toplamışdı.
 
Gürcüstan vətəndaşları Tbilisi ilə yanaşı, Kutaisi, Batumi, Qori və Rustavi şəhərlərində də mer seçiblər.
 
Seçki qanunvericiliyinə əsasən, ikinci turda 50 faizlik baryerin keçilməsi tələb olunmur, rəqibindən daha çox səs əldə edəcək namizəd qalib gələcək.
 
Bu arada Tiflisdə mer seçkiləri ilə bağlı aparılan iki “exit-poll”un nəticələri açıqlanıb.
 
Hakimiyyətə yaxtın “İmedi” telekanalının sifariş etdiyi “exit-poll”a əsasən, Kaxa Kaladze 57,2 %, Nika Meliya isə 42,8 % səs əldə edib.
 
Nəticələrə görə, “Gürcü Arzusu”nun Rustavi, Kutaisi və Batumi meri vəzifələrinə namizədləri də 50 %-dən çox səs toplayıblar.
 
Müxalif “Mtavari arxi” telekanalının sifarişi əsasında keçirilmiş “exit-poll”a əsasən isə K.Kaladze 49 %, N.Meliya 51 % səs qazanıb.
 

Bir az əvvəl isə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bəyan edib ki, ilkin məlumatlara əsasən, hakim partiya bütün bələdiyyələrdə qalib gəlib. 
 
Seçicilərə səsvermədə iştirak etdiklərinə görə təşəkkürünü bildirən Baş nazir deyib: “İkinci turda qələbə münasibətilə sizi təbrik edirəm. Seçkilər çox yaxşı və sakit mühitdə keçib”.
 
O, "Gürcü Arzusu" Partiyasının namizədi Kaxa Kaladzeni də Tbilisi meri seçilməsi münasibətilə təbrik edib.
 
Qeyd edək ki, “Gürcü Arzusu”nun liderləri və tərəfdarları bu dəqiqələrdə partiyanın Tbilisidəki baş ofisi qarşısında seçkilərdə qələbəni qeyd edirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.