Priqojin Lukaşenko ilə danışdı və... MOSKVAYA YÜRÜŞÜ DAYANDIRDI
“VAQNER”ÇİLƏR ÖZ DÜŞƏRGƏLƏRİNƏ QAYIDIRLAR

“Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenkonun hərbi hərəkətləri dayandırmaq və gərginliyi azaltmaqla bağlı təklifini qəbul edib.

 

Senzor.az bildirir ki, bu barədə Belarusun teleqram kanalları məlumat yayıb.

 

Bundan əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenkonun Priqojinlə danışıqlar apardığı barədə məlumat yayılıb.

 

Məlumatı Belarus Prezidentinin mətbuat xidməti də təsdiqləyib. Bildirilib ki, vəziyyətin həlli üçün “Vaqner” qırıcıları üçün təhlükəsizlik zəmanəti ilə sərfəli və məqbul variant hazırlanıb.

 

Qeyd olunur ki, Lukaşenko ilə Priqojin arasında danışıqlar günboyu davam edib. 

Bu arada “Vaqner” Xüsusi Hərbi Şirkətin başçısı kolonun geriyə, səhra düşərgələrinə yola düşdüyünü deyib. Y.Priqojin özünün Teleqram kanalında bildirib ki, bu addımı qan tökülməməsi üçün atır, razılaşdırılmış plana müvafiq olaraq səhra düşərgələrinə qayıdır.







Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.