Rusiyanın yeni müdafiə naziri o olacaq?
FOTO

Aleksey Dyumin Rusiyanın yeni müdafiə naziri ola bilər.

 

Senzor.az bildirir ki, bu barədə Rusiya sosial şəbəkələrində məlumat yayılıb.

 

Məlumata görə,  50 yaşlı Dyumin general-polkovnik rütbəsi daşıyır, 2014-cü ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini, Rusiya Federasiyasının Xüsusi Əməliyyat Qüvvələrinin komandanı olub. Krımın işğalı zamanı əsas rollardan birini oynayıb. Dyumin 2014-cü il fevralın 23-nə keçən gecə Yanukoviç üçün təcili təxliyə əməliyyatı hazırlayıb və həyata keçirib. 

 

Ümumiyyətlə, o, Kreml rəhbərinə yaxın adamlardan biri hesab olunur. Belə ki, Dyumin 1999-2007-ci illərdə Rusiya Prezidentinin mühafizəçisi olub. 

 

2016-cı ildən Tula vilayətinin qubernatorudur.

 

Bildirilir ki, Dyuminin Rusiya Federasiyasının Müdafiə naziri vəzifəsinə təyinatı gələn həftə elan oluna bilər.

 

Qeyd edək ki, hazırda Rusiyanın müdafiə naziri Sergey Şoyqudur. Lakin “Vaqner” silahlı dəstəsinin üsyanından sonra onun və Baş Gərargah rəisi Valeri Qerasimovun istefası gözlənilir. Belə ki, üsyançıların baçısı Yevgeni Priqojinin əsas tələbi də məhz bu iki şəxslə bağlı olub. Onun, həmçinin sözügedən tələbinin yerinə yetiriləcəyilə bağlı zəmanət aldıqdan sonra Moskvaya yürüşünü dayandırdığı deyilir.

 

Yeri gəlmişkən, o da bildiriıir ki, “Vaqner” rəhbəri Yevgeni Priqojini qiyam fikrindən daşındıran və onu geri çəkilməyə razı salan şəxslərdən biri də Tula qubernatoru Aleksey Dyumin olub.

 

İddiaya görə, Priqojinin Rusiya müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimovla bağlı vəzifədən çıxarılma tələbinin qəbul edildiyini ona məhz Dyumin çatdırıb. Ancaq konkret vaxt deyilməyib.

 

Bununla belə, rəsmi olaraq Dyuminin danışıqlarda iştirakı təsdiqlənməyib. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.