Gədəbəydəki məlum hadisələrdən əvvəl bəzi jurnalistləri ora kimlər aparmışdı... YAXUD SOSİAL ŞƏBƏKƏLƏRDƏ NƏLƏR VƏ NECƏ TƏKLİF-TƏŞVİQ OLUNUR?
MİR ŞAHİNDƏN NÖVBƏTİ MÖHTƏŞƏM ŞƏRH

Xəbər verdiyimiz kimi, REAL TV-nin rəhbəri Mir Şahin Ağayev müəllifi və aparıcısı olduğu “Mir Şahinin vaxtı”   verilişinin dünən axşam efirə gedən buraxılışında Gədəbəyin Söyüdlü kəndində baş verən hadisələrdən və onların sosial şəbəkələrdə necə təqdim olunmasından da danışıb.

 

Senzor.az bildirir ki, müəllif əvvəlcə ölkəmizin ətrafında cərəyan edən hadisələri nəzərdə tutaraq Azərbaycanın başı üzərindən oyunlar qurulduğunu xatırladıb. Vurğulayıb ki, bu səbəbdən diqqətli, ehtiyatlı və sərvaxt olmalıyıq. Çünki bizə ilk baxışdan adi görünən sosial dram belə adi olmaya bilər: “Bu baxımdan Gədəbəyin Söyüdlü kəndi ətrafında baş verənləri sadəcə test də adlandıra bilərik...”.

 

Burada aparıcı Söyüdlü ətrafında baş verən proseslərə mütləq toxunacağına söz verərək, onlarla əvvəlcə bir az sosiaı şəbəkələrdən danışmaq istədiyini bildirir. Belə bir qənaətini bölüşür ki, sosial şəbəkələr mahiyyət etibarilə anarxiya təlqin edir: “Bu platformanın cəmiyyətimizin mənəvi dəyərlər sistemi üçün ən böyük təhdidi real, qanuni və təbii səbəb-nəticə anlayışlarının sintezinə yox, melodramatik duyğulara,  emosionallığa, hissə qapılmalara istinad edilməsindədir. 

 

Sosial şəbəkələr qanunların yox, arzuların hakimiyyətini seçir. Reallığı ya inkar, ya da manipulyasiya edir və olanı deyil, ürəyindən keçəni gerçəklik kimi təqdim etməyi üstün tutur.

 

Sosial şəbəkələr yenilikçilik, ultra müasirlik rübəndi altında cəmiyyətin daxilinə, onun uzun illər ərzində formalaşmış ənənəvi, bizim mentalitet adlandırdığımız dayaq divarlarına nüfuz edir, onları aşındırır. 

 

Bu platformada konkret qanun yox, müəyyən bir toplumun iradəsinin təsis etdiyi qaydalar qüvvədədir. Burada istifadəçiyə qanunu mərhəmətin ayağına vermək təklif və təşviq edilir...”.

Necə? 

 

Gəlin hər şeyi Ustad jurnalistin öz dilindən eşidək: 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.