Qarabağlı ermənilər ərzağı və yanacağı AĞDAMDA ALMALI OLACAQLAR
ELÇİN ALIOĞLUNUN YAZISI

Xankəndidəki separatçı rejimin rəhbəri Araik Arutyunyanın ailəsində ciddi problemlər yaranıb. Onun arvadı və iki qızı Ermənistana, oradan da Rusiyaya yollanmaq istəyirlər. A.Arutyunyan bu köçə qarşı çıxır, "dözməyin gərəkdiyini" deyir.

 

Ermənistanın hakimiyyət dairələri Laçında sərhədçilərimizə qarşı silahlı təxribat törətdildiyini etiraf edərək üzr istəməyincə və günahkarlar cəzalarını almayınca, Laçın yolu açılmayacaq.

 

Azərbaycanın XİN başçısı Ceyhun Bayramovun Beynəlxalq Qırmızı Xaç komitəsinin (BQXK) Bakıdakı nümayəndəliyinin rəhbəri Draqana Koyiçlə görüşündə də bu məqam tam açıq şəkildə olmasa da, bir daha bəyan edildi.

 

Ermənilər Gorus-Xankəndi marşrutunun tam qapalı olduğunu deyirlər. Lakin Xankəndidəki separatçı rejimin funksionerləri və erməni iş adamları arasında özlərini "səhhəti kəskin pisləşmiş şəxs" kimi qələmə verərək BQXK avtomobillərindən biri vasitəsilə Ermənistana yollananlar da var.

 

Daha doğrusu, ermənilər Beynəlxalq Qırmızı Xaç Komitəsinin avtomobillərindən az qala taksi kimi istifadə edirlər.

 

Ermənistan mediasında, həmçinin sosial şəbəkələrin erməni seqmentində bununla bağlı məlumatların, iddiaların və informasiyaların sayı fasiləsiz artmaqdadır.

 

Məsələn, "Hraparak" qəzeti yazır ki, Ermənistanda və hazırda Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində bizneslə məşğul olan Armen Hakopcanyan İrəvana qayıdıb. O, hazırda Ermənistanda biznesinin miqyasını genişləndirməklə məşğuldur. O, "Çiçəklənən Ermənistan" Partiyasının sədri, oliqarx Qagik Sarukyana məxsus qazdoldurma stansiyaları şəbəkəsini satın alıb.

 

Rusiyanın Xankəndiyə yolladığı erməni milyarder Ruben Vardanyan Xankəndidəki separatçı rejimin "dövlət naziri" təyin ediləndə A.Hakopcanyan da ona müşavir olmuşdu. 

Lakin qarabağlı ermənilərin dediklərinə görə, R.Vardanyan yerlii şəraitə və reallıqlara əsla bələd olmadığı üçün sadəcə, "görünrtü fiquru" idi: əsl səlahiyyətlərsə A.Hakopcanyanda olub.

 

Ermənistanın baş naziri Nikol Paşinyana qarşı Xankəndidə real güc mərkəzi yaratmaq, müqavimət mərkəzi təşkil etmək, sonra isə İrəvana yollanaraq baş nazir kursüsünə yiyələnməklə başa çatacaq yeni müxalif hərəkat təşkil etməklə bağlı tapşırıq almış Ruben Vardanyanın "fəaliyyət"i sadalanan məqamlarla məhdudlaşmırdı.

 

Daha konkret olsaq, Ruben Vardanyana bütün vasitələrdən istifadə və imkanlarını maksimum səfərbər etmək bahasına Azərbaycanla Ermənistan arasındakı danışıqlarda maneələr yaratmaq, yekun sülh sazişinin imzalanmasına imkan verməmək tapşırılmışdı.

 

Məhz bu səbəbdən R.Vardanyan Xankəndiyə "ezam" ediləndən sonra qarabağlı ermənilərin separatçı liderləri aktivləşdilər, gündəmə "qarabağlı ermənilərin hüquq və təhlükəsizliyinin təminatı zərurəti" məsələsini gətirdilər.

 

N.Paşinyan da təşəbbüsün R.Vardanyanın əlinə keçməməsi, Moskvanın emissarının qarabağlı ermənilərin yeni siyasi liderinə çevrilməməsi üçün əks-hücuma keçdi.

 

R.Vardanyanın "vəzifə"sindən kənarlaşdırılması ilə bağlı Xankəndidəki separatçı rejimin lideri Araik Arutyunyana göstərişi də N.Paşinyan vermişdi.

 

Vardanyan separatçı rejimdəki vəzifəsindən məhrum edilən kimi A.Hakopcanyan Ermənistana üz tutmuşdu.

 

Onun separatçı rejimin lideri Araik Arutyunyanın "xəzinədar"ı olduğu da vurğulanır. Qarabağlı ermənilərin dediklərinə görə, Hakopcanyanın Ermənistandakı bütün biznes strukturları və habelə, yeni satın aldığı firmaların istisnasız olaraq hamısının əsl sahibi Araik Arutyunyandır. 

Separatçı rejimin lideri Xankəndidən qaçacağı təqdirdə, Ermənistanda işlək biznes obyekilərinin, daşınmaz əmlaklarının və aktivlərinin olmasını istəyir.

 

Təsadüfi deyil ki, A.Hakopcanyan Ermənistana qayıdandan az sonra A.Arutyanyan böyük qızını da İrəvana yollayıb.

 

A.Arutyanyanın özü, arvadı və kiçik qızı hələlik Xankəndidədir. Fəqət, onların RSK-nın müvəqqəti nəzarətindəki ərazilərdə uzun müddət qalmaq niyyəti yoxdur.

 

Xankəndidəki separatçı rejimin rəhbəri artıq anlayıb ki, Azərbaycanla Ermənistan arasındakı yekun sülh sazişi imzalanan günədək Gorus-Xankəndi marşrutu, yəni Laçın yolu açılmayacaq.

 

Laçında, Həkəri çayının üzərindəki körpünün yaxınlığında sərhəd nəzarət-buraxılış məntəqəsini (SBNM) işə salmaqla Azərbaycan dövlət sərhədlərini bütün perimetr boyunca bərpa etməklə yanaşı, Ermənistana və bütün dünya ermənilərinə messic verdi: separatçılıq bəlası artıq bitir!

 

Ermənistanın hakimiyyət dairələri sülh sazişi gündəliyini pozmağa, anlaşmanın imzalanmasına yönəlmiş prosesdə süni maneələr yaratmağa davam etsələr, rəsmi Bakı artıq Azərbaycanın daxili işinə çevrilmiş qarabağlı ermənilər məsələsini özü həll edəcək. Nizamlanmanın yeganə yolu qarabağlı ermənilərin Azərbaycana inteqrasiyasıdır.

 

Xankəndidəki separatçı rejimə, müxtəlif qondarma və oyuncaq "hakimiyyət-idarəetmə strukturları"na gəldikdə, onların hamısı ləğv ediləcək, separatçıların silahlı birləşmələri tərksilah olunacaq. 

Laçın yolunda hərəkət isə Azərbaycanla Ermənistan arasında dövlətlərarası sənədlərlə müəyyənləşəcək.

 

Laçın yolunun qapadılması ilə bağlı qarabağlı ermənilərin guya ərzaq, gündəlik tələbat malları və yanacaq təminatı baxımından problemlərlə üzləşməsi ilə bağlı iddialara gəldikdə isə, heç bir problem yoxdur.

 

Qarabağlı ermənilər zərurət duyduqları malları və məhsulları Ağdama yollanaraq ala bilərlər. 


Və ya hazırda RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərin təminatı Ağdam istiqamətindən reallaşdırıla bilər.

 

Proseslərin gedişatı göstərir ki, çox yaxında elə bu cür də olacaq.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.