Qanunsuz erməni silahlı dəstələrinin 4 üzvünün məhv edildiyi əməliyyatın görüntüləri yayıldı - YENİLƏNİB, VİDEO

Azərbaycan Ordusunun Qarabağ bölgəsində ermənilərin qanunsuz hərbi birləşmələrinin istehkamlarını məhv etməsinin görüntüləri yayılıb.

 

Senzor.az xatırladır ki, qanunsuz silahlı birləşmələr növbəti təxribata əl ataraq Azərbaycan Silahlı Qüvvələrinin mövqeyini atəşə tutublar. Azərbaycan Silahlı Qüvvələrinin cavab tədbirləri nəticəsində - “Qisas” əməliyyatı ilə qanunsuz silahlı birləşmənin istehkamı və 4 üzvü məhv edilib.

  

Ekspertlərin fikrincə, bütün bunlar bir daha sübut edir ki, Qarabağ bölgəsində qanunsuz hərbi birləşmələrin hələ də qalması ciddi təhlükə mənbəyidir və onlar mütləq tərksilah edilməlidir. 


**09:56

Qarabağda qeyri-qanuni erməni silahlı dəstələrinin 4 üzvü öldürülüb.

 

Senzor.az bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, Azərbaycan Ordusu qeyri-qanuni erməni silahlı dəstələrinin Ağdərə və Xocavənd istiqamətində mövqelərinə zərbələr endirib. Nəticədə 4 terrorçu məhv edilib. Bunlar Armo Abqaryan, Samvel Torosyan, Yervand Tadevosyan və Qaqik Balayandır.

 

Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yayıb.

 

Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb: “Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur. Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür”.

 

**21:16(27.06.2023)


İyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

 

Bu barədə Senzor.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

 

Yaralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.

 

Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülür.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.