“AzTV”nin əməkdaşıları Fransada ölümlə hədələndilər - KAMERALARI SINDIRILDI
VİDEO

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar.

 

Senzor.az bildirir ki, bununla bağlı AzTV bəyanat yayıb.

 

Bəyanatda bildirilir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar: “Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.

 

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC olaraq baş verənləri şiddətlə qınayır, baş vermiş hadisəni yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə basqı hesab edirik. Biz Fransanın hüquq-mühafizə orqanlarından bu hadisəni obyektiv araşdırmağı, jurnalistlərə silahlı hücum edən şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, dəymiş zərərin ödənilməsi üçün lazımi tədbirlər görməsini tələb edirik”.

Senzor.az xatırladır ki, Fransanın Nanter şəhərində polis tərəfindən əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin qətlə yetirilməsinə etiraz olaraq gənclər ikinci gündür ki, küçələrə çıxıblar.

 

Aksiya iştirakçıları ilə polis qüvvələri arasında toqquşmalar baş verib. Polis rezin güllələrdən istifadə edib. Polis zorakılığına etiraz edən nümayişçilər avtomobilləri və zibil yeşiklərini yandırıblar.

 

“Le Figaro” qəzetinin yazdığına görə, etirazçılar Pablo Pikasso muzeyinə, Sena çayının cənub sahilindəki Meudondakı polis bölməsinə və bölgənin mağazalarına girməyə cəhd ediblər. Val-d'Oise departamentinin Bezons bələdiyyəsində ibtidai məktəb yandırılıb.

 

İğtişaşlar zamanı 150 nəfər saxlanılıb.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.