Ərdoğan Romada Makrona İlham Əliyevlə bağlı nə deyib? – TƏYYARƏDƏ AÇIQLADI
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada keçirilən “G20” sammiti çərçivəsində fransalı həmkarı Emmanuel Makronla görüşdə Cənubi Qafqazı müzakirə edib.
 
Senzor.az bildirir ki, bunu  səfərdən qayıdarkən təyyarədə jurnalistlərə R.T.Ərdoğan özü deyib.
 
“Makron Cənubi Qafqaz məsələsini gündəmə gətirdi. Biz dedik ki, keçən həftə oradaydıq (Azərbaycanda – red.) və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır. Qardaşımız, Prezident İlham Əliyev də bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir”, - Ərdoğan vurğulayıb.
 
Əlavə edib ki, regionda “altılıq” platformanın yaradılması məsələsi gündəmdədir: "Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan razılaşsa, burada sülh platforması yaradacağıq. Əgər bu baş verərsə, doğru addım olacaq".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.