ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi direktorunun Kiyevə gizli səfəri...
UKRAYNA-RUSİYA DANIŞIQLARI BAŞLAYIR?

İyunun əvvəlində ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns Kiyevə elan olunmamış səfər edib. O, Ukrayna Prezidenti Volodimir Zelenski və dövlət kəşfiyyatının rəhbərliyi ilə görüşüb.

 

TSN.ua bildirir ki, bu barədə “The Washington Post” nəşri ABŞ rəsmilərinə istinadən məlumat verib.

 

Səfərin məqsədi Co Bayden administrasiyasının Ukrayna ərazisinin müdafiəsi ilə bağlı kəşfiyyat məlumatlarını bölüşmək öhdəliyini bir daha təsdiqləmək olub.

 

Nəşrin məlumatına görə, Ukrayna rəsmiləri Bernsə əminliklərini ifadə ediblər ki, 2023-cü ilin payızına qədər müvəqqəti işğal olunmuş ərazilərin əhəmiyyətli hissəsi qaytarılacaq.

Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinə həmçinin artilleriya və raket sistemlərinin Krımla sərhəd xəttinə yaxın ərazidə yerləşdirilməsi, eləcə də şərqə doğru irəliləmək planları barədə məlumat verilib.

 

Nəşr bildirib ki, əks-hücum zamanı uğur əldə edilərsə, Ukrayna hakimiyyəti Rusiya Federasiyası ilə danışıqların bərpasını istisna etmir.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.