Böyük Britaniya azərbaycanlı deputatın kriminal kapitalı haqda – 20,5 MİLYON DOLLAR CAVANŞİR FEYZİYEVDƏ HARDANDIR?
 
Britaniyanın Milli Cinayət Agentliyi (NCA) Azərbaycan Milli Məclisinin deputatı, biznesmen Cavanşir Feyziyevin arvadına, oğluna və qardaşı oğluna məxsus bank hesablarındakı 15 milyon funt sterlinq (20,5 milyon dollar) vəsaiti müsadirə etməyi planlaşdırır.

 
Virtualaz.org-un məlumatına görə, Agentlik inanır ki, sözügedən vəsaitlər Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) 2017-ci ildə aşkar etdiyi pul transferi sxemi ilə yuyulub. OCCPR-in saytında dərc olunmuş  məlumatda deyilir ki, nə Feyziyevə, nə də onun ailə üzvlərinə qarşı cinayət ittihamı irəli sürülməyib.
 Bununla belə, noyabrın 1-də keçirilən mülki məhkəmə dinləməsində NCA sözügedən pulların Azərbaycanın pulyuyan maşını kimi tanınan sxemdən keçdiyini iddia edən təhlil təqdim edib. Agentliyin ehtimalına görə, bu pulların mənbəyi “qeyri-qanuni” olub, belə ki, vəsait Azərbaycandan onun mənşəyini gizlətmək məqsədi güdən saxta sənədlərdən və bir neçə   “balıqqulağı” şirkətdən istifadə etməklə çıxarılıb.
 
Britaniya Milli Cinayət Agentliyi bildirib ki, bu vəsaitin mənbəyi böyük ehtimalla “korrupsiya, oğurluq, fırıldaq və çirkli pulların yuyulmasıdır”. 15 milyon funt sterlinqin 7,86 milyonu Feyziyevin arvadı Pərvanə Feyziyevanın, 6,4 milyonu isə oğlu Orxan Cavanşirin hesabında saxlanır. Məlumata görə, bu iki şəxs bu pulun bir hissəsini Britaniyada yaşamaq imkanı verən investisiya vizasının alınmasına xərcləyib.
 Vəsaitin kiçik hissəsi – 1 milyon funt sterlinqdən bir qədər çoxu isə Feyziyevin qardaşı oğlu Elman Cavanşirin hesabındadır. Lakin NCA bildirir ki, iş Feyziyevin özünün üstündə cəmləşib, belə ki, aşkar olunmuş vəsaitin onun nəzarətində olan bank hesablarından gəldiyi ehtimal edilir.
 
Feyziyevlər ailəsinin sözçüsü media üçün açıqlamasında onların NCA-nın iddialarını “qəti şəkildə rədd etdiklərini” və “tamamilə yanlış” olduğunu bəyan edib. Sözçü daha sonra deyib ki, Agentlik vəsaitin “hər hansı cinayət fəaliyyəti ilə bağlı mənbədən gəldiyini göstərən əsaslı sübutlar” təqdim etməyib. Ailənin sözçüsü deyib ki, Feyziyevlər Britaniyanın ədalət sisteminə tam inanırlar və NCA tərəfindən irəli sürülmüş iddiaların əsassız olduğunun sübut ediləcəyini gözləyirlər.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.