Bayden Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunu Moskvaya nə üçün göndərib? - GÖZLƏNİLMƏZ SƏFƏRİN PƏRDƏARXASI
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Uilyam Berns Rusiya ilə ikitərəfli münasibətləri müzakirə etmək üçün yüksək səviyyəli nümayəndə heyəti ilə Moskvaya səfər edib.
 
Ovqat.com bildirir ki, məlumatı ABŞ-ın Rusiyadakı səfirliyi də təsdiqləyib.
 
Səfirlikdən bildirilib ki, Berns çərşənbə axşamı və çərşənbə günü Rusiya rəsmiləri ilə danışıqlar üçün Moskvaya gələn Amerika nümayəndə heyətinə başçılıq edir. Məlumata görə, nümayəndə heyəti "ikitərəfli münasibətlərlə bağlı müxtəlif məsələləri müzakirə etmək üçün Rusiya rəsmiləri ilə görüşüb".
 
ABŞ Prezidenti Co Baydenin istəyi ilə təşkil edildiyi bildirilən bu gözlənilməz səfər iki ölkə münasibətlərində davam edən fikir ayrılıqlarına baxmayaraq, tərəflərin dialoq qapısının açıq qalmasında maraqlı olduğuna işarə kimi qiymətləndirilir.
 
Rusiya Təhlükəsizlik Şurasından verilən açıqlamada ABŞ-ın Moskvadakı keçmiş səfiri olan və rusca bilən Bernsin Şura sədri, Rusiya kəşfiyyatının keçmiş rəhbərlərindən olan Nikolay Patruşevlə görüşdüyü bildirilir
 
Görüşdə müzakirə olunan məsələlərlə bağlı təfərrüatlar paylaşılmasa da, danışıqlarda əsasən təhlükəsizlik məsələlərinə üstünlük veriləcəyi təxmin olunur. Rusiyanın 2014-cü ildə Krımı ilhaq etməsi, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə rusiyalı kiber hakerlərin müdaxiləsi, Moskvanın Suriya rejiminin lideri Bəşər Əsədi dəstəkləməsi və müxalif rusiyalı jurnalist Aleksey Navalnının həbsi kimi iki ölkə arasındakı ikitərəfli münasibətlər son dövrlərdə ən çox üzərində dayanılan mövzular sırasındadır.
 
Xatırladaq ki, ABŞ prezidenti Bayden ötən ay da Rusiya üzrə ekspert Viktoriya Nulandı Moskvaya göndərmişdi. Lakin Dövlət Departamentinin müşaviri Nulandın səfəri nəticəsində münasibətlərdə irəliləyiş əldə olunmadığı vurğulanmışdı.
 
İyun ayında Cenevrədə keçirilən sammitdə Rusiya lideri Vladimir Putinlə görüşəndən sonra Bayden bəyan etmişdi ki, iki ölkə arasında strateji dialoqun qurulması 6-12 ay çəkə bilər.
 
Bir çox sahədə Amerikanı tənqid etməsinə baxmayaraq, Putin keçən ay verdiyi açıqlamada Baydenlə konstruktiv münasibət qurduğunu bildirmişdi. Kreml iki liderin bu il görüşünün mümkünlüyünün də gündəmdə olduğunu bəyan edib.
 Senzor.az bildirir ki, bir az əvvəl Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Moskvada ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Uilyam Bernslə görüşdüyü barədə məlumat yayılıb.
 
Qeyd olunub ki, tərəflər beynəlxalq terrorizmlə mübarizəni müzakirə ediblər.
 
“Əsas diqqət Rusiya-Amerika münasibətləri kontekstində beynəlxalq terrorizmlə mübarizə ilə bağlı qurumlararası qarşılıqlı əməkdaşlıq məsələlərinə yönəldilib”, - açıqlamada vurğulanıb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.