NAZİRLƏR KABİNETİ, YOXSA... KABİNET NAZİRLƏRİ?
MİR ŞAHİN TƏQDİM EDİR...

“Prezident İlham Əliyev 2023-cü ilin ilk 6 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə həm də Söyüdlü kəndində yaranmış vəziyyətə toxundu. Özü də kifayət qədər sərt, amma ona məxsus ədalət kontekstində. Bu çıxış dövlət başçısının heç nəyin üstünü ört-basdır etmədən hər şeyi öz adı ilə çağırmaq, xalqla tam şəffaf , tam səmimi davranmaq, dövlət mövqeyi göstərmək, xalqı necə qorumaq, “vətəndaşın yanında olmaq nədir və necə olur” sualının cavabı idi. 


Əslində Prezidentin hadisənin bütün ciddiyyəti ilə araşdırılması, dövlət başçısı olaraq ona dəqiq, təfərrüatlı məlumat verilməsi ilə bağlı tapşırığının məqsədi göründüyündən daha dərin və miqyaslı, əhəmiyyət etibarilə daha stratejidir”.   

 

Senzor.az bildirir ki, Real TV-nin rəhbəri Mir Şahin Ağayevin tamaşaçılara bu gün təqdim etdiyi yeni “Nazirlər Kabineti, oturaq? Yoxsa oturaq kabinet nazirləri...” adlı reportajına bu sözlərlə başlayır. 

 

Tanınmış jurnalist reportajında Nazirlər Kabinetini fəaliyyətsizlikdə ittiham edərək onu dövlət başçısının tapşırıqlarına adekvat reaksiya verməməkdə qınayır.  

 

Sonda isə xatırladır ki, Nazirlər Kabinetinin binası Prezident Administrasiyasının düz yanındadır: “Və yəqin ki, bu yalnız coğrafi baxımdan belə olmamalıdır. Nazirlər Kabineti qarşısında Azərbaycanın rəhbərini – Prezident İlham Əliyevi, onun qərar və sərəncamlarını hamıdan daha tez və daha əvvəl görməli və yerinə yetirməlidir. Söyüdlü kimi hallardan baxanda isə xüsusilə!”.  

 

Daha ətraflı reportajda:






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.