Polad Bülbüloğlu Rusiyaya yeni bəyanat verdirdi: “BİZ AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜNÜ TANIYIRIQ”
YENİLƏNİB

Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu iyulun 17-də Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko ilə görüşüb.

 

Senzor.az Azərbaycanın Rusiyadakı səfirliyinə istinadən bildirir ki, görüşdə A.Rudenko Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul tarixli bəyanatı ilə bağlı Rusiya tərəfinin mövqeyini çatdırıb. Bildirib ki, bəyanatda Azərbaycanın ərazi bütövlüyü qəti şəkildə şübhə altına alınmır, onun əsas istiqaməti Qarabağ bölgəsində yaşayan ermənilərin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsi və Laçın dəhlizinin açılması məsələləri olub. Bu gün Rusiyanın əsas məqsədi Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanmasıdır və bunun üçün Rusiya tərəfi hərtərəfli dəstək göstərməyə, o cümlədən öz ərazisində görüşlər təşkil etməyə hazırdır.

 

Bundan əlavə, A.Rudenko Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin fəaliyyətinə də toxunub.

 

Səfir P.Bülbüloğlu Azərbaycan tərəfinin qəti mövqeyini rusiyalı həmsöhbətinin diqqətinə çatdıraraq bildirib ki, Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında 1997-ci ildə imzalanmış “Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında” müqaviləyə əsasən, Rusiya Federasiyası Azərbaycan Respublikasının ərazi bütövlüyünü birmənalı olaraq tanıyıb və heç vaxt ərazi bütövlüyümüzü şübhə altına almayıb. Bu səbəbdən də Rusiya Xarici İşlər Nazirliyinin 15 iyul tarixli bəyanatı Azərbaycanda narazılığa səbəb olub.

 

Ermənilərin Laçın sərhəd-nəzarət buraxılış məntəqəsindən sərbəst və maneəsiz şəkildə keçid üçün heç bir əngəlin olmadığını deyən səfir dəhlizin bağlanmasına səbəb kimi onun digər məqsədlər üçün istifadə edildiyini, o cümlədən hərbi sursatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin humanitar yardımı adı altında qaçaq malların ərazilərimizə daşınması olduğunu diqqətə çatdırıb. Buna sübut kimi çoxsaylı sənədlərin və videomaterialların olduğu qeyd edilib.

 

Rusiya sülhməramlı kontingentinin fəaliyyətinə toxunan səfir vurğulayıb ki, onun müşayiəti ilə müəyyən olmayan mallar ermənilər tərəfindən gizli dağ yolları ilə Xankəndiyə daşınır, oradakı məktəblilərə hərbi təlimlər keçirilir. Bütün bunlar da Azərbaycanda haqlı narazılığa səbəb olur, Rusiya-Azərbaycan münasibətlərinə kölgə salır.

 

P.Bülbüloğlu iyulun 14-də Şuşada olarkən atəşkəsin pozulmasının şahidi olduğunu da həmsöhbətinin diqqətinə çatdırıb. O, Rusiya mətbuatında Azərbaycanın ərazi bütövlüyü ilə bağlı səslənən qərəzli fikirlərin də cəmiyyətimizdə, o cümlədən politoloq və ekspertlər arasında mənfi reaksiya doğurduğunu bildirib.

 

Diplomat Xankəndidə Ruben Vardanyanın təxribat xarakterli fəaliyyətindən bəhs edərək, onun mövcud vəziyyətin normallaşmasına əngəllər törətdiyini vurğulayıb, cəmiyyətimizdə onun məhz Rusiya tərəfindən Xankəndiyə göndərildiyi fikrinin formalaşdığını bildirib.

 

Sülh müqaviləsinin Prezident İlham Əliyevin təşəbbüsü olduğunu deyən səfir ölkəmiz üçün danışıqların harada aparılmasının əhəmiyyət kəsb etmədiyini, əsas məsələnin danışıqların davam etdirilməsi və konkret nəticənin əldə edilməsi olduğunu vurğulayıb.

 

Hazırda işğaldan azad edilmiş ərazilərimizdə aparılan geniş təmir-bərpa işlərindən danışan P.Bülbüloğlu Qarabağ bölgəsində yaşayan ermənilərin buna şahid olduqlarını qeyd edib, bu işlərin onlar üçün Azərbaycanın tərkibində həyatın firavan olacağına əminlik yaradacağına ümidvar olduğunu bildirib.

 

Görüşdə, həmçinin regionda baş verən hadisələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında ətraflı fikir mübadiləsi aparılıb.

 

**21:55


Rusiya Azərbaycanın ərazi bütövlüyünə hər zaman hörmətlə yanaşıb və yanaşır.

 

Senzor.az Rusiya Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Azərbaycan səfiri Polad Bülbüloğlu ilə görüşündə deyib.

 

Görüş zaman Cənubi Qafqazdakı vəziyyətin, Bakı ilə İrəvan arasında barışıq prosesinin müzakirə olunduğu qeyd olunub. Rusiya Xarici İşlər Nazirliyinin bu il iyulun 15-də verdiyi bəyanata toxunan Rudenko ölkəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə həmişə hörmətlə yanadığını söyləyib. Onun sözlərinə görə, Rusiya Müttəfiqlik Əməkdaşlığı haqqında ikitərəfli Bəyannamənin ruhuna və hərfinə tam sadiqdir.


"Eyni zamanda, bu, Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinin hərtərəfli təşviqi, gündəlikdə duran bütün məsələlərin, o cümlədən Qarabağ əhalisinin hüquq və təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müstəsna olaraq dinc siyasi və diplomatik üsullarla həll edilməsi vəzifəsini ləğv etmir.

 

Rusiya tərəfi sülh müqaviləsinin razılaşdırılması mövzusu, ardınca Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskvada keçiriləcək sammitində imzalanacaq sözügedən sənədin, razılaşmaların həyata keçirilməsi yollarının müzakirəsi üçün yaxın vaxtlarda Moskvada xarici işlər nazirlərinin üçtərəfli görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyib", - deyə Rusiya XİN-in Bülbüloğlu-Rudenko görüşü ilə bağlı məlumatında bildirilib.

 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.