![]()
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT-ni Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanımağa çağırıb.
Bu barədə “Haber Global” məlumat yayıb.
“Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kiprli türklər gələcəyə daha böyük ümidlə baxırlar. Mən Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrarlayıram: Adanın reallıqlarından üz döndərməyin və ŞKTR-ni mümkün qədər tez tanıyın.
Kipr türklərinin suveren hüquqları və beynəlxalq hüquq qarşısındakı bərabərliyi məsələsi həll olunmayana qədər yeni danışıqlar prosesi haqqında söhbət belə gedə bilməz”, - dövlət başçısı bölgəyə səfəri zamanı deyib.