Müasir İncəsənət Muzeyi bir sıra mətbuat orqanlarında Xəyyam Abdinovun həbsi ilə bağlı yayılan məlumatlarla əlaqədar açıqlama verib.Senzor.az-ın məlumatına görə, Müasir İncəsənət Muzeyinin direktoru Rövlan Əliyev bildirib ki, Xəyyam Abdinov uzun müddətdir Muzeydə çalışmır, o, direktor vəzifəsindən azad olunub.
“Xəyyam Abdinovun həbsi ilə bağlı məsələlərin Müasir İncəsənət Muzeyi ilə hər hansı əlaqəsi yoxdur”, - deyə Rövlan Əliyev bildirib.
Xatırladaq ki, bu gün yayılan məlumata görə, Müasir İncəsənət Muzeyinin eks-direktoru Xəyyam Abdinov DTX tərəfindən saxlanılıb. X.Abdinovun barəsində Səbail Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçildiyi bildirilir.