Milli Mətbuat Günü ərəfəsində: HEYDƏR OĞUZ 6 AYLIQ İSLAH İŞLƏRİNƏ MƏHKUM EDİLİB
MƏHKƏMƏ QƏRARI

İyulun 21-də Suraxanı Rayon Məhkəməsində tanınmış jurnalist,  ovqat.com saytının baş redaktoru Heydər Oğuzun məhkəmə prosesi başa çatıb. 

 

“Turan” bildirir ki, ilin əvvəlindən davam edən proses Naxçıvan Muxtar Respublikası Teleradio Şurasının üzvü Sara Əzimovanın xüsusi ittiham qaydasında verdiyi şikayət əsasında aparılıb.

 

Xüsusi ittihamçı H.Oğuzun sosial şəbəkələrdəki yazılarından narazılıq edib, jurnalistin təhqir və böhtana görə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

 

H.Oğuz bildirib ki, S.Əzimova ilə uzun müddətdir ki, münaqişəsi olub və bu, Naxçıvan Muxtar Respublikasının keçmiş rəhbəri Vasif Talıbovu tənqid etməsilə bağlıdır.

 

H.Oğuz deyib ki, V.Talıbovu tənqid etdiyinə görə trolların hücumuna məruz qalıb ki, onların da arxasında S.Əzimovanın dayandığını hesab edir.

 

Məhkəmə çəkişməsinin mahiyyəti terrorçularla əlaqələrlə bağlı qarşılıqlı ittihamlardan ibarət olub.

 

Məhkəmə Cinayət Məcəlləsinin 148-ci maddəsini (təhqir) H.Oğuzun üzərindən götürərək, onu 147-ci maddə (böhtan) ilə 6 aylıq islah işlərinə məhkum edib.

 

Media Hüququ Qrupunun rəhbəri Xalid Ağəliyev məhkəmənin bu qərarını şərh edərkən xatırladıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi jurnalistlərin öz nəşrlərinə və ifadələrinə görə cinayət təqibinə məruz qalmasında ifadə azadlığının pozulduğunu etiraf edib və hökumətin üzərinə qanunvericiliyi dəyişmək öhdəliyi qoyub.

 

“Əsasən,  Avropa İnsan Hüquqları Məhkəməsi öz qərarlarında Azərbaycanda diffamasiyaya görə cinayət cəzasının ləğv edilməsinin zəruriliyini dəfələrlə təkrarlayıb.

 

Bununla belə, Azərbaycan məhkəmələri diffamasiya işləri üzrə mürtəce praktikanı davam etdirərək məmurların iddiaları üzrə jurnalistlərə qarşı qərar çıxarırlar.

 

Hər belə məhkəmə qərarı jurnalistləri susmağa məcbur etmək məqsədilə onların qorxudulmasına xidmət edir”, - X.Ağəliyev deyib.

 

O, ümidvar olduğunu bildirib ki, yuxarı instansiya məhkəməsi ifadə azadlığına zidd olan qərarı ləğv edəcək və ümumilikdə, diffamasiya işləri üzrə mürtəce məhkəmə praktikası tezliklə aradan qaldırılacaq. 






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.