
Pakistanda partlayış olub.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, partlayış Pakistanın Pəncab vilayətinin şərqində, Bahavalnaqar rayonunda baş verib.
Partlayış nəticəsində azı 3 nəfər ölüb, 50 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Partlayış Aşura mərasimi keçirilən ərazidə baş verib.
Hadisənin səbəbləri hələlik məlum deyil.
Şahidlərin sözlərinə görə, hazırda şəhərdə gərginlik yaşanır, şiələr hücumu qınayaraq qisas tələb edirlər. Hadisə yerinə polis və təcili yardım briqadaları cəlb olunub. Təhqiqat aparılır.