Paşinyan Qafana getdi, amma…
QUBADLIDAN KEÇMƏDİ
 Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan Qafan şəhərinə baş çəkib. 
 
Virtualaz.org xəbər verir ki, Paşinyan hakim “Vətəndaş müqaviləsi” partiyasından Qafan meri postuna namizəd David Danielyanın atasının yasında iştirak etmək üçün gedib. Danielyanın atasının koronavirusdan öldüyü bildirilir.
 
Qeyd edək ki, Gorus-Qafan yolunun bir hissəsi hazırda Azərbaycanın nəzarətindədir, yolun Qubadlıdan keçən 22 kilometrlik hissəsində Azərbaycanın sərhəd və polis postları qoyulub, amma Ermənistan nömrə nişanlı avtomobillər hələlik bu yoldan istifadə edə bilir. Bəs Paşinyan Qafana getmək üçün Azərbaycan ərazisindən keçibmi?
 
“Hraparak” qəzetinin əldə etdiyi məlumata görə, Paşinyan Qafana Ermənistanı İrana birləşdirən və bir hissəsi Qubadlıdan keçən əsas yolla deyil, Tatev kəndindən keçən və hazırda təmir işləri aparılan alternativ qrunt yolla gedib. Paşinyanı 20 avtomobildən ibarət kortej müşayiət edib, hər kəndin girişində kortejin hərəkətini izləmək və sakinlərin baş nazirə yaxınlaşmasına imkan verməmək üçün polislər düzülüb.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.