Xəbər verdiyimiz kimi, Rustavinin 12 saylı cəzaçəkmə müəssisəsi qarşısında keçirilən aksiya zamanı bir nəfər şəxs dünyasını dəyişib.Modern.az xəbər verir ki, dünyasını dəyişən şəxsin Dmanisinin Dunus kəndindən olan C.Hüseynov olduğu bildirilir.
Məlumata əsasən, 54 yaşlı C.Hüseynovun aksiya zamanı halı anidən pisləşib, o təcili tibbi yardım briqadası tərəfindən Rustavi xəstəxanasına aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Onun ölüm səbəbi hazırda məlum deyil, lakin Daxili İşlər Nazirliyi faktla bağlı intihara sövq etməni nəzərdə tutan Cinayət Məcəlləsinin 115-ci bəndi ilə istintaq başladıb...
Bu arada "Vahid Milli Hərəkat"ın lideri Nika Melia bəyan edib ki, Saakaşvilinin xəstəxanaya yerləşdirilməsi üçün hakimiyyətə 24 saat vaxt verirlər.
O, hökumətin bunu etməyəcəyi təqdirdə etirazların davam edəcəyini bildirib: "Saakaşvilinin mülki xəstəxanaya köçürülməsi üçün səlahiyyətlilərə 24 saat vaxt veririk. Bidzina İvanişvilinin 24 saat vaxtı var.
Hakimiyyətdə olanlar sağlam düşüncəyə sahibdirsə, düzgün qərar qəbul etsinlər, əgər onlar 24 saat ərzində bunu etməsələr, biz bazar ertəsi, axşam 20:00-da Azadlıq meydanına toplaşacağıq". **00:30
Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin aclıq elan etdiyi Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında etiraz aksiyası davam edir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, polis Baş nazir İrakli Qaribaşvili və keçmiş baş nazir Bidzina İvanişvili haqqında təhqiramiz ifadələr işlədən fəallardan birini saxlayıb.
Bundan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları ilə fəallar arasında qarşıdurma yaranıb. Qarşıdurma zamanı fəallardan biri ölüb.
İlkin məlumatlara görə, gəncin halı qəfil pisləşib və o, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Daxili İşlər Nazirliyi ölüm faktı ilə bağlı araşdırmaya başlayıb.
Həmçinin bildirilib ki, etirazçılar Rustavi həbsxanasının yaxınlığında çadırlar qurublar və orada gecələyəcəklər.
**19:21(06.11.2021)
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin tərəfdarları etiraz aksiyalarına başlayıblar.
Axar.az xəbər verir ki, aksiya siyasətçinin həbsdə olduğu Rustavi həbsxanasının qarşısında keçirilir.
Müxalifət partiyalarının nümayəndələri və onların tərəfdarları Saakaşvilinin mülki klinikaya yerləşdirilməsini tələb edirlər. Hakimiyyət isə bəyan edib ki, ehtiyac olduğu halda, Saakaşvilini yalnız həbsxana xəstəxanasına köçürməyə hazırdır.