Əli Əliyev saxlanılmasından danışdı: "BÖYÜK CİNAYƏT İŞİ..."
YENİLƏNİB/FOTO
Xəbər verdiyimiz kimi, Vətəndaş İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev bu gün saxlanılıb, daha sonra isə sərbəst buraxılıb.
 
Musavat.com xəbər verir ki, sərbəst buraxılandan sonra VİP-in qərargahına gələn Ə.Əliyev orada canlı yayım həyata keçirən internet televiziyaları vasitəsilə baş verənlər haqda danışıb.
 
Ə.Əliyev öncə bildirib ki, E.Rəhimzadə səhər evdən çıxanda bir insident müşahidə etdiyi üçün bu barədə ona zəng edərək məlumat verib. Onlar daha sonra bununla bağlı məsləhətləşmək üçün qərargaha gəlmək barədə razılaşıblar: “Biz qərargaha günorta saat 12-də daxil olduq. Özlərini DTX əməkdaşları kimi təqdim edən şəxslər gəlmişdilər. Mən onlarla bir yerdə getdim. Burada baş verənlərdən xəbərim olmadı. 1-in yarısından orada idim. Ölkə miqyasında aparılan bir cinayət işi var. Onun təfərrüatı ilə bağlı sorğu-sual idi. Nə iş olması ilə bağlı deyə bilmərəm. Yəqin ki, ictimailəşəcək. Bumeranq TV-də yayımlanan bir neçə videogörüntü haqqında getdi söhbət. Araşdırma başladılıb. Onun detalları soruşulub. Mən şahid qismində dindirilmişəm. Elçin bəy də burada fəaliyyət göstərir. Mən də nəyi bildiyimi açıq şəkildə dedim”.
 
Ə.Əliyev deyib ki, onu “qaramaskalılar” aparmayıb. Mülki geyimli şəxslər onu istintaqa dəvət edib və həm yolda, həm də DTX binasında ona sayğılı münasibət göstərilib: “Özləri də deyiblər ki, sizi ziyalı kimi qəbul edirik. Dəvət olunmağımın səbəbi kimi aparılan cinayət işinin təfərrüatını öyrənmək olduğunu dedilər. Heç bir zorakılıq olmayıb. Hətta yolda mənə dərman lazım olub-olmamasını soruşdular, mədəni davrandılar. Orada olanda da yarım litrlik su alıblar. Dövlət orqanıdır, cinayət işi var. Cinayət işinin təfərrüatları ilə bağlı istintaq aparılır, bizi də dəvət ediblər”.
 
Elçin Rəhimzadə də açıqlamasında bildirib ki, ona sözügedən videolarla bağlı suallar verilib: “Məndən soruşuldu ki, o videoların mənbəyi hardandır. Hansı videoların olması ilə bağlı indi sizə açıqlama verə bilmərəm. Amma onu deyim ki, miqyaslı işdir. Orada bizdən xahiş olundu ki, bir müddətlik bu barədə danışmayın. Sonra bu barədə məlumat verərsiz... Əli bəylə bizi ayrı-ayrı aparıblar. Məni 4 saat burda saxladılar, axtarış etdilər. Evimdə də axtarış aparıldı. Heç bir zorakılıq olmadı mənə qarşı. Sadəcə izah edildi ki, sizi şahid qismində çağırmışıq ki, bu heyətlə nə əlaqəniz var”.
 
Ə.Əliyev brifinq zamanı jurnalistlərin “siyasi fəaliyyətinizlə bağlı sizə hansısa eyham oldumu” sualını da cavablandırıb: “Siyasi fəaliyətimlə bağlı hər hansı eyham olmadı. Amma ola bilsin ki, nəsə ola bilər. Mən şahidəm, cinayət işi var. Konkret sual verib, cavab alıblar. Gələcəkdə görəcəyik ki, bu, gerçəkdən cinayət işi ilə bağlıdır, ya konkret mənim siyasi fəaliyyətimlə bağlıdır. Mən bundan əvvəl də prokurorluğa çağırılmışdım. Görünür, hökumət məni “dişinə vurur” (gülür). Narahat olmayın, siyasətçi həbsə də düşəcək, təzyiqə də məruz qalacaq. Biz ölkəni rifahlı etmək üçün çalışırıq. Dövlət orqanlarında işləyənlər də normal, kifayət qədər məlumatlı insanlardır”.

**20:44

Vətəndaş İnkişaf Partiyasinın (VİP) sədri Əli Əliyev saxlanılması barədə məlumat yayılıb.

 
Bu məlumatı "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı özünün Facebook-dakı səhifəsindən paylaşıb.
 
Ə.Zeynallı bu məlumatı Əli Əliyevin yaxınlarına istinadən paylaşdığını qeyd edib.
 
Baş redaktor həmçinin Bumeranq TV-nin baş redaktoru Elçin Rəhimzadənin də saxlanıldığını qeyd edib.
 Musavat.com Əli Əliyevin hansı hüquq mühafizə orqanı tərəfindən saxlandığını müəyyən edə və yetkililərlə danışa bilib. İstintaq orqanından sayta bildirilib ki,  hazırda VİP sədri və Bumeranq TV-nin rəhbəri bir məsələ ilə bağlı ifadə verirlər, yaxın saatlarda sərbəst buraxılacaqlar: “Mövzunu və partiya sədri ilə jurnalisti istintaqa cəlb edən qurumun adını müvəqqəti olaraq, həmin qurumun xahişi ilə yazmırıq. İrəliləyən saatlarda VİP sədri Əli Əliyev və Elçin Rəhimzadə özləri məlumat yayacaqlar.
 
İstintaq orqanından bildirildi ki, adları çəkilən şəxsləri sadəcə, ifadə üçün dəvət ediblər. Prosesdə heç bir qara maskalı olmayıb, heç bir yerdə axtarış aparılmayıb, heç bir yer dağıdılmayıb.
 
Əlavə məlumat veriləcək”. (Musavat.com)





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.