Ermənistan müdafiə nazirinin Azərbaycan ərazilərinə qanunsuz səfəri hərbi-siyasi təxribatdır – BAKIDAN RƏSMİ BƏYANAT
YENİLƏNİB/FOTO
Xəbər verdiyimiz kimi, Ermənistanın müdafiə naziri Arşak Karapetyan oktyabrın 6-da gizli şəkildə Qarabağ ərazisinə daxil olub və oradakı erməni mövqelərinə yoxlama baxışı keçirib. Gizli səfər 2 gün davam edib.
 
Senzor.az bildirir ki, Azərbaycan Müdafiə Nazirliyi (MN) bu faktla bağlı bəyanat verib. 
 
Bəyanatda deyilir: "Ermənistan kütləvi informasiya vasitələrində Ermənistanın müdafiə naziri Arşak Karapetyanın Rusiya sülhməramlılarının müvəqqəti olaraq yerləşdirildiyi Azərbaycan ərazilərinə qanunsuz səfər etməsi barədə məlumat verilmişdir.
 
Ermənistan müdafiə nazirinin icazəsiz olaraq Azərbaycan ərazilərinə daxil olması, qanunsuz erməni birləşmələri ilə görüşlər keçirməsi və onların döyüş hazırlığı barədə fikirlər səsləndirməsi hərbi-siyasi təxribatdır.
 Ermənistanın müdafiə nazirinin bu təhrikçi səfəri qəsdən Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Baş nazirinin 10 noyabr 2020-ci ildə imzaladıqları üçtərəfli bəyanatın ildönümü ərəfəsində həyata keçirilmişdir.
Bununla, Ermənistanın siyasi-hərbi rəhbərliyi üçtərəfli bəyanatın müddəalarını kobud şəkildə pozaraq, qəsdən regionda vəziyyətin gərginləşdirilməsi və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salınması məqsədini güdür.
 
Ermənistanın hərbi rəhbərliyi 44 günlük 2-ci Qarabağ müharibəsindəki total məğlubiyyətdən nəticə çıxarmaq, regionda yaranmış yeni geosiyasi vəziyyətə uyğunlaşmaq, sülhü və təhlükəsizliyi gücləndirmək əvəzinə daxili istehlak məqsədilə bu kimi ucuz hərbi avantüralara cəhd edir.
 
Ermənistan müdafiə nazirinin bu səfəri Ermənistanın Azərbaycan Respublikası ərazisində qanunsuz erməni hərbi birləşmələrini, aqressiv separatizmi və terror-təxribat əməllərini birbaşa dəstəkləməkdə davam etdirdiyini növbəti dəfə nümayiş etdirir. Eyni zamanda Ermənistan silahlı qüvvələrinin ünsürlərinin Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu qalmaqda davam edir.
 
Ermənistanın müdafiə nazirinə “keçilməz Ohanyan xətti”, “yeni müharibələr yeni ərazilər” kimi utopik iddialarla çıxış etmiş sabiq həmkarlarının və digər erməni generallarının aqibətini xatırlatmaq istərdik.
 
Ermənistanın hərbi-siyasi rəhbərliyini xəbərdar edirik ki, Azərbaycan ərazilərinə bu kimi qanunsuz səfərlərin həyata keçirilməsi təkrarlandığı hallarda, Azərbaycan Respublikasının qanunlarını rəhbər tutaraq, aqressiv separatizm və terror-təxribat əməllərinin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçiriləcəkdir".

**19:51(08.11.2021)

Qondarma “QDR”ın müdafiə naziri Kamo Vardanyanın dəvəti ilə Ermənistan Respublikasının müdafiə naziri Arşak Karapetyan noyabrın 6-da Qarabağa iki günlük işgüzar səfərə gəlib.
 
 Ovqat.com 
xəbər verir ki, Arşak Karapetyan separatçı “müdafiə ordusu komandanı”nın müşayiəti ilə hərbi istehkamlara baş çəkib, döyüş növbətçiliyi aparan hərbi qulluqçularla görüşüb, mövqelərin möhkəmləndirilməsi, eləcə də sosial xidmət şəraiti ilə tanış olub.
 Qeyd edək ki, Ermənistan Müdafiə nazirinin Qarabağa bu səfəri 10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanatın bütün tezisləri ilə ziddiyyət təşkil edir və müharibə səbəbi sayılır. Erməni nazirin bu təxribatçı addımının tərəflərin bu həftə Moskvada keçirilməsi planlaşdırılan görüşü ərəfəsində atılması da açıq şəkildə danışıqlar prosesinin indidən pozulmasına xidmət edir. Yəqin ki, rəsmi Bakı Rusiya qarşısında bununla bağlı məsələ qaldıracaq və Moskvanın üzərinə götürdüyü sülhməramlı missiyanı pozmasına aydınlıq gətirməsini tələb edəcək. 
 
 Kremlin vaxtaşırı bu missiyanı yerinə yetirməməsi Azərbaycan tərəfinə onun Qarabağdakı fəaliyyətinə son qoyulması barədə məsələ qaldırmasına hüquqi zəmin yaradır.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.