Saakaşvilini döydülər – TƏRƏFDARLARI BÜTÜN GECƏNİ HÖKUMƏT EVİNİN YANINDA KEÇİRDİLƏR
VİDEO/FOTO
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili bazar ertəsi Rustavi şəhərindəki həbsxanadan Tbilisinin kənarındakı Qldani rayonunda yerləşən penitensiar tibb müəssisəsinə köçürüldükdən sonra döyüldüyünü deyib.
 
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Saakaşvilinin vəkili Nika Qvaramiya çərşənbə axşamı keçirdiyi brifinqdə məlumat verib.
 
Vəkil keçmiş liderin məktubunu oxuyub: "Penitensiar tibb müəssisəsinin əməkdaşları məni maşından çıxarmağa başladılar. İmtina etdikdən sonra zorla itələdilər, yerə yıxıldım. Boynuma bir neçə zərbə endirdilər. Saçımdan tutaraq sürüdülər”.

 

Vəkilin sözlərinə görə, Saakaşvili penitensiar xəstəxanada müalicədən imtina edib, dərman qəbul etmir və aclıq aksiyasını davam etdirir: "O öz həkimi ilə görüşməyi tələb edir. Hansısa iynənin necə vurulacağını görəndə tibbi avadanlıqları zədələyib. Saakaşvili müəssisədə ona edilən tibbi müdaxilədən imtina edir və şəxsi həkimi ilə görüş tələb edir. Eks-prezident bildirir ki, xəstəxanaya köçürülməsində məqsəd onun fiziki məhv edilməsidir".
  
Qeyd edək ki, sabiq prezidenti penitensiar tibb müəssisəsində Gürcüstanın Ombudsmanı Nino Lomjaria ziyarət edib...
 Bu arada "Rustavi 2" telekanalı məlumat yayıb ki, Mixail Saakaşvilinin müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri və digər tərəfdarlar bütün gecəni Tbilisidə, Hökumət Evi yaxınlığında keçiriblər.
 
“Gecəboyu gücləndirilmiş polis dəstələri fəaliyyət göstərib. Gecə saatlarında Hökumət Evində vəziyyət bir neçə dəfə gərginləşsə də, həbslər olmayıb. Səhərə qədər etirazçıların sayı nəzərəçarpacaq dərəcədə azalmışdı, lakin polis təhlükəsizlik məqsədilə hələ də binanın girişinin yaxınlığında dəmir hasarlar çəkib. Hazırda Hökumət Evində vəziyyət sakitdir”,-  deyə məlumatda bildirilib.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.