Putinlə görüşdə Merkelin telefonuna zəng gəldi RUSİYA LİDERİ ƏHƏMİYYƏT VERMƏDİ

Rusiya Prezidenti Vladimir Putinlə görüş zamanı Almaniya Kansleri Angela Merkelin mobil telefonuna zəng gəlib.

 
APA-nın xəbərinə görə, Kremldə keçirilən görüşdə Almaniya Kansleri mobil telefonunu söndürməyi unudub.
 
Rusiya Prezidenti çıxış edən zaman A. Merkelin mobil telefonu zəng çalıb. İlk anlarda ətrafdakılar buna necə reaksiya verəcəklərini bilməyib. Almaniya Kansleri telefonu cibindən çıxardaraq söndürüb.
 
V. Putin məsələyə diqqət yetirmədiyi görünüşünü yaradıb və nitqinə davam edib.
 
Xatırladaq ki, Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Almaniya Kansleri Angela Merkel arasında görüş keçirilir. 
 
V. Putin iki lider arasında şəxsi müzakirənin tələb olunduğu çoxlu məsələnin olduğunu bildirib.
 
“Əminəm ki, bu, təkcə vida səfəri olmayacaq. Bu səfər ciddi və işgüzar məsələlərlə zəngin olacaq”, - deyə Rusiya Prezidenti vurğulayıb.
 
Rusiya lideri Almaniyanı ölkəsinin Avropada və ümumilikdə dünyada əsas tərəfdaşlarından biri adlandırıb: “Almaniya Çindən sonra bizim ikinci ticarət tərəfdaşımızdır. 2020-ci ildə ticarət dövriyyəsinin həcminin ciddi sürətdə aşağı düşməsinə baxmayaraq, bu ilin ilk altı ayında ticarət dövriyyəsində ikiqat artım qeydə alınıb”.
 
A. Merkel isə deyib ki, müxtəlif məsələlərdə fikir ayrılıqlarına baxmayaraq, Rusiya ilə dialoq davam etdirilməlidir.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.