Rusiya Ermənistana silah tədarükünü davam etdirir.
Azvision.az bildirir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
O bəyan edib ki, 44 günlük müharibədən sonra da Rusiya İrəvana silah tədarük edib və proses hazırda davam edir.
Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib: "Keçən ilin noyabrından arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün silah aldıq. Bu qalıcı bir prosesdir".
Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir. O bu vəzifənin ən qısa zamanda həll ediləcəyinə əmindir.